Bakıda Beynəlxalq
Kanoe Federasiyasının XXXVI Konqresi işə başlayıb
Noyabrın
24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe
Federasiyasının (ICF) XXXVI Konqresi işə
başlayıb.
AZƏRTAC xəbər verir ki, “Boulevard Hotel Baku”da təşkil olunan tədbirə 89 ölkədən 200-dən çox nümayəndə qatılıb. Daha 29 ölkə isə səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. Beləliklə, ICF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edəcək.
Proqrama əsasən, tədbirin ilk günündə növbədənkənar konqres keçirilib.
ICF-in prezidenti Xose
Perurena Lopez Konqresi açıq elan edib.
Sonra sonuncu Konqresdən ötən müddətdə qurumun dünyasını dəyişən
üzvlərinin xatirəsi
yad olunub.
Azərbaycan Milli Avarçəkmə
Federasiyasının (AMAF) prezidenti
Elçin Zeynalov tədbirdə çıxış
edərək ölkəmizin
bu mötəbər tədbirə ev
sahibliyi etməsindən
qürur duyduğunu bildirib. O vurğulayıb ki, yaradılmasının
on illiyini qeyd edən AMAF ötən müddətdə kifayət
qədər uğurlar
qazanıb. “Ötən
müddətdə ölkəmizdə
idmanın bu növünün inkişafına,
nüfuzunun artırılmasına,
infrastrukturun yaradılmasına
diqqət yetirmişik.
İdmançılarımız da kifayət
qədər uğurlu
nəticələr əldə
ediblər. 2009-cu ildə ilk yerli avarçəkmə komandamız
dünya və Avropa çempionatlarında
medal qazanıb. Bu il Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımız bir
gümüş və
bir bürünc medal əldə ediblər. Ümumilikdə, on il ərzində idmançılarımız beynəlxalq
arenada 17 qızıl,
24 gümüş və
13 bürünc medal qazanıblar.
Ölkəmizdə idmanın bu
növünün inkişafı
üçün səmərəli
işlər davam etdirilməkdədir”, - deyə
E.Zeynalov diqqətə
çatdırıb.
ICF-in prezidenti Xose
Perurena Lopez Konqresdə
qurumun strukturu, habelə təşkilati məsələlərlə bağlı
müzakirələrin aparılacağını
bildirib. Qeyd edib ki,
ICF-in yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra
səsvermə keçiriləcək.
Habelə nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti
üçün lazımi
dəyişikliklərlə bağlı müzakirələr
aparılacaq və səsvermə olacaq.
Konqresin proqramına əsasən,
ICF-in prezidenti, vitse-prezidentləri,
kanoe-sprint, kanoe-slalom,
kanoe-marafon və digər növlər üzrə sədrlərin,
ayrı-ayrı qitələr
üzrə nümayəndələrin
seçkisi daxildir. Bundan başqa, ICF-in 2016-2020-ci illər
üçün İnkişaf
Proqramının həyata
keçirilməsinə dair
hesabat, həmin illərdə qarşıya
qoyulmuş hədəflər,
Direktorlar Şurası,
İcraiyyə Komitəsi
və milli federasiyaların bütün
təklifləri müzakirə
olunacaq. Eləcə də federasiya
nümayəndələrinin görülən işlərlə
bağlı məruzə
və hesabatları, həmçinin 2014-2016-cı illərdə
maliyyə uğurları
və problemlərlə
bağlı çıxışlar
dinləniləcək. Eləcə də qarşıdakı iki il üçün
ICF-in iş proqramı
və büdcəsi müzakirə olunaraq səsə qoyulacaq, növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.
ICF-in Konqresində ölkəmizi
Azərbaycan Milli Avarçəkmə Federasiyasının
prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edirlər.
Tədbirə noyabrın 26-da yekun
vurulacaq.
Azərbaycan.- 2016.- 25 noyabr.- S. 8.