Siyasi sabitliyin və dayanıqlı tərəqqinin uğur formulu

 

Makroiqtisadi göstəriciləri ilə MDB məkanında lider olan Azərbaycan işsizliyə görə də ən yüksək müavinət verən ölkədir

 

Dünya ölkələrində müşahidə edilən iqtisadi problemlərə, regional səviyyədə gedən mürəkkəb siyasiiqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının dayanıqlığının təmin edilməsi üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Siyasi sabitlikiqtisadi potensial Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı edib, ölkəmizi ən yaxşı inkişaf perspektivlərinə malik dövlətlərdən birinə çevirib.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir. Bütün bunlar dünyanın nüfuzlu təşkilatlarının hesabatlarında da öz əksini tapır.

Məsələn, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb. 2015-ci ildə 40-cı yerdə qərarlaşan Azərbaycan 3 pillə irəliləyib. Dünyada baş verən iqtisadi börhana rəğmən 3 pillə irəliləmək həqiqətən, çox gözəl göstəricidir.

MDB məkanında isə Azərbaycan həmişə olduğu kimi, birincidirbu liderliyi saxlayır. Bunu MDB Statistika Komitəsinin yaydığı mütəmadi hesabatlar tam təsdiqləyir. Bu qurumun yaydığı son hesabatlara əsasən, makroiqtisadi göstəricilərə görə Azərbaycan iqtisadiyyatı son 20 ildə 5 dəfədən çox güclənib. Yəni, Azərbaycan MDB məkanında bu göstəriciyə görə liderdir. 2016-ci ilin yanvar-sentyabr ayları ərzində MDB-yə üzv ölkələrin sosial-iqtisadi inkişafına əsaslanan məlumatda isə bildirilir ki, postsovet məkanında işsizliyə görə ən yüksək müavinət Azərbaycanda verilir. Statistikaya görə, Azərbaycanda işsiz vətəndaşlar hökumətdən adambaşına 247,3 manat (152 ABŞ dolları) alırlar. Ən aşağı göstərici isə Belarusda qeydə alınıb - təqribən 12 dollar. Moldovada bu göstərici 70 dollar, Tacikistanda 37 dollar, Ukraynada 70 dollar təşkil edir. Rusiyada işsizlər müvafiq olaraq 13-76 dollar alırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin çevikdüzgün siyasəti, uzaqgörənliklə qəbul etdiyi qərarlar, həyata keçirilən qabaqlayıcı tədbirlər xarici risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Son on üç ildə ÜDM-in həcmi üç dəfə artıb, yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən 5 faizə enib. Ölkədə işsizlikminimum səviyyədədir. Son statistik məlumata görə işsizlik 4,8 faiz təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,7 min nəfər olub. Bu da 10 milyona yaxın əhalisi olan ölkə üçün kiçik rəqəmdir. İşsizliyə görə müavinətin orta məbləği isə 241,9 manat olub. Ölkəmizdə həyta keçirilən digər sosial təşəbbüs isə aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlardır. Son statistik məlumata görə, bu il ölkədə 143.8 min aztəminatlı ailənin 609.9 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun 1 nəfərinə düşən orta aylıq məbləği 35.60 manat təşkil edib.

Dünya Xəbər Agentliklərinin V Konqresinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunarkən vurğulayıb ki, bu gün Azərbaycan müasir, inkişafda olan, özünü təmin edən ölkədir, güclü və şaxələndirilmiş iqtisadiyyata malikdir. Ölkədə sosial təminat yüksək səviyyədə təmin edilir, bütün iqtisadi proqramlar həyata keçirilib, onların bəziləri hətta vaxtından əvvəl icra olunub: “Son 13 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Biz yoxsulluğun öhdəsindən gələ bilmişikbu gün bu göstərici 5 faiz səviyyəsindədir. İşsizlik də təqribən həmin səviyyədədir”.

Dövlət başçısının dəfələrlə çıxışlarında qeyd etdiyi kimi, Azərbaycanda sosial siyasət uğurla aparılır. Qlobal iqtisadiyyatda cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, ötən ilin doqquz ayında da makroiqtisadi sabitlik təmin edilib. Bu da respublikada sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü bir daha sübut edir. Xalqın rifahının yüksəldilməsinə yönəlmiş sosial-iqtisadi siyasət ötən doqquz ayda öz müsbət nəticələrini verib. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaradıb. Bu baxımdan 2016-cı ilin ilk doqquz ayında ölkə iqtisadiyyatında müsbət meyillər davam edib. Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir. Ötən müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərib. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimət əzmini gücləndirib.

Azərbaycanın qazandığı nailiyyətlərdə, sosial-iqtisadi yüksəlişində ölkədə əmək bazarının dinamik inkişaf etdirilməsi də mühüm rol oynayır. Ümumiyyətlə, əmək bazarı hər hansı bir ölkədə cəmiyyətin sosial-iqtisadisiyasi həyatında vacib və planlı sahəni təşkil edir. Belə ki, əmək bazarında işçi qüvvəsi dəyərləndirilir, əməkhaqqının miqdarı, əməyin şərtləri, məşğulluq təminatı və s. müəyyənləşdirilir. Əmək bazarı özündə məşğulluq dinamikasının əsas tendensiyalarını əks etdirir. Odur ki, Azərbaycanda əmək bazarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Başqa sözlə, ölkəmizdə vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi böyük önəm daşıyır. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi vacib məsələlərdən biri kimi həyata keçirilir.

Bu ilin əvvəlindən həyata keçirilən yeni iqtisadi islahatların mahiyyətində dayanan əsas prioritetlərdən biri məhz sosial məsələlərdir. Təsadüfi deyil ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi də sosialyönümlüdür. Gələn ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3 faiz olmaqla 6 milyard 686 milyon proqnozlaşdırılır. Bu, 2016-cı illə müqayisədə 292,4 milyon manat və 4,6 faiz çoxdur. Əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqlarının artımlarının növbəti ildə də tətbiqinin davamı olaraq 2017-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulur.

Göründüyü kimi, Prezident

İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Ancaq qeyd etməliyik ki, Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Dayanıqlı inkişafın təmin edilməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb. Bütün bunlar isə deməyə əsas verir ki, Prezident İlham Əliyevin uğurla yürütdüyü iqtisadi siyasət qarşıdakı illərdə də müsbət nəticələrini verəcək.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2016.- 26 noyabr.- S. 1.