Azərbaycan
memarlarına Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdlərinin verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
1. Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Əbdülrəhimov Ramiz Həmid oğlu
Əmirxanov Afis Yusif oğlu
Quliyev Feyzulla Ağasəfər oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 26 noyabr.- S. 2.