Azərbaycan memarlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Ağazadə Rüfət Rüfət oğlu

Axundov Cahangir Rifaətoviç

Bayramov Rizvan Mustafa oğlu

Hacıyeva Səbinə Xalid qızı

İbrahimli Yusif Mahmud oğlu

Məlikov Natiq Ağa Rza oğlu

Məmmədov Kamil Müzəffər oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 noyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 26 noyabr.- S. 2.