Ə.A.Vəliyevin
“Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Abdulkərim oğlu Vəliyev “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 26 noyabr.- S. 2.