Tereza Markez: “V Konqresdə
iştirak etməklə biz
həm də Azərbaycan həqiqətləri barədə çox şey öyrəndik”
Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında qazanılan təcrübə dünya mediası üçün böyük önəm kəsb edir.
Beynəlxalq tədbirlərdə iştirak etmək üçün Bakıda səfərdə olmuş Portuqaliyanın LUSA agentliyinin rəhbəri Tereza Markez AZƏRTAC-a müsahibəsində belə deyib.
“Beşinci Konqres və OANA-nın XVI Baş Assambleyası çox vacib tədbirlərdir. Biz bir-birimizi daha yaxından tanımaq imkanı əldə etdik, qarşımızda duran vacib çağırışlarla bağlı müzakirələr apardıq, problemlərin həlli yollarını araşdırdıq. Bu tədbirlər, həmçinin gələcək əməkdaşlıq baxımından bizə yaxşı imkan yaratdı”, - deyə T.Markez qeyd edib.
LUSA-nın prezidenti
vurğulayıb ki, beynəlxalq tədbirlərin
açılışında Prezident İlham Əliyevin söylədiyi nitq iştirakçılarda böyük
maraq doğurdu. O deyib: “Biz Prezident
İlham Əliyevin nitqinə diqqətlə
qulaq asdıq və Azərbaycan, bu ölkənin həqiqətləri barədə
çox şey
öyrəndik. Zənnimcə, dünyanın aparıcı xəbər
agentliklərinin rəhbərlərinin bu
həqiqətləri bilməsi, Azərbaycanı yaxından
tanıması müsbət haldır. Tədbirlərin
yüksək səviyyədə təşkilatçılığı
və sessiyalarda peşəkarların moderatorluq etməsi də olduqca
təqdirəlayiq idi. Bütövlükdə
V Konqresin və Baş
Assambleyanın möhtəşəm keçdiyini
deyə bilərəm”.
Azərbaycan.- 2016.- 26 noyabr.- S. 4.