Metin Mutanoğlu: Bakıda OANA-nın XVI Baş Assambleyası yüksək səviyyədə təşkil olunmuşdu

 

Türkiyənin Anadolu agentliyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvü olan bir sıra agentliklərlə, o cümlədən AZƏRTAC ilə sıx əməkdaşlıq edir.

Bu fikri Türkiyənin Antalya şəhərində TRT tərəfindən müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan jurnalistlər üçün təşkil edilən IV Beynəlxalq Media Proqramı çərçivəsində çıxışı zamanı Anadolu agentliyinin baş direktorunun müavini Metin Mutanoğlu deyib. O, noyabrın 18-də Bakıda OANA-nın XVI Baş Assambleyasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

OANA-ya sədrliyin AZƏRTAC-a keçdiyini vurğulayan M.Mutanoğlu Anadolu-nun nümayəndələrinin Bakıda baş direktor Aslan Aslanovla görüşdüyünü söyləyib.

 

Azərbaycan.- 2016.- 26 noyabr.- S. 4.