Rumıniyanın
“Amosnews” xəbər agentliyi
Bakı Konqresindən yazıb
Rumıniyanın “Amosnews” xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin Bakıda keçirilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası barədə məqaləsini yayıb. Məqalə, həmçinin Rumıniyanın “Ultima Ora” qəzetində dərc edilib.
Məqalədə Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən V Konqresdə və OANA-nın XVI Baş Assambleyasında müzakirə olunan aktual mövzular, tədbirlərin iştirakçıları barədə ətraflı məlumat verilir.
Bildirilir ki, Bakıda keçirilən beynəlxalq tədbirlərdə 80 ölkədən qlobal informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 130-dan çox xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə tanınmış ekspertlər, beynəlxalq və regional qurumların nümayəndələri iştirak ediblər. Onlar xəbər agentliklərinin innovasiyası, yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları, multimedianın gələcəyi, jurnalistikanın perspektivləri və digər aktual məsələlərlə bağlı səmərəli müzakirələr aparıb, kreativ ideyalar səsləndirib, təkliflər irəli sürüblər.
Müəllif məqalədə Azərbaycanın
mötəbər beynəlxalq tədbirlərin təşkilində
qazandığı təcrübə barədə də ətraflı
məlumat verir.
Azərbaycan.- 2016.- 26 noyabr.- S. 4.