Albaniya Respublikasının Prezidenti zati-aliləri cənab Buyar
Nişaniyə
Hörmətli cənab Prezident!
Albaniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 25 noyabr 2016-cı il
Azərbaycan.- 2016.- 27 noyabr.- S. 1.