“Made in Azerbaijan” brendi xarici bazarlarda uğurla təşviq olunur

 

Bu ilin əvvəllərindən başlayaraq həyata keçirilən yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı genişləndirilməsidir. Odur ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, həmçinin icazələrin sayının azaldılması, sahibkarların hüquqlarının qorunması ilə bağlı apelyasiya şuralarının yaradılması, eyni zamanda regionlarda ailə təsərrüfatlarına dəstək məqsədilə “ABAD” mərkəzlərinin yaradılması həyata keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir.

 

İxracın stimullaşdırılması prioritetdir

 

Bu istiqamətdə uğurla reallaşan islahatların prioritetlərindən biri isə ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir.

Xatırladaq ki, Prezident İlham ƏliyevinQeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi idi. Oktyabrın 5-də isə Prezident İlham ƏliyevXarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.

Sənəddə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi marketinq fəaliyyətinin dəstəklənməsi daha geniş yer alıb. Bu məqsədlə sahibkarların beynəlxalq sərgi yarmarkalarda vahid ölkə stendi ilə ya fərdi qaydada iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində olan hüquqi şəxslər vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği üçün tədbirlər həyata keçiriləcək. Bu zaman ödənilən dəstək məbləğinə “Made in Azerbaijan” brendinin təşviqi üzrə reklam kampaniyasının həyata keçirilməsi xərcləri daxildir.

İqtisadiyyat Nazirliyinin Kollegiyasının 18 oktyabr tarixli qərarına əsasən isə “Made in Azerbaijan” brendi təşviq ediləcək xarici ölkələrin, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlərin kütləvi informasiya vasitələrinin müəyyən edilməsi Meyarlarıtəsdiq edilib. Beləliklə, qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı qəbul edilmiş bu qərarlar qeyri-neft sektoruna dəstək olmaqla ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verməkdədir.

 

Xarici ölkələrdəki sərgi yarmarkaların siyahısı müəyyən edilib

 

Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2016-cı 2017-ci illər üzrə ixracatçıların fərdi qaydada iştirakına dəstək veriləcək xarici ölkələrdə təşkil edilən sərgi yarmarkaların siyahısı müəyyən edilib. Həmçinin ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, milli stendimizin təqdim ediləcəyi beynəlxalq sərgi yarmarkalar müəyyənləşdirilib. Beynəlxalq sərgi yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı ixrac missiyalarının ilkin olaraq Avropa İttifaqı ölkələri, MDB, körfəz ərəb ölkələri, eləcə Çin, Yaponiya, Malayziya s. ölkələrə təşkili nəzərdə tutulur.

Bununla əlaqədar olaraq “Made in Azerbaijan” brendinin təbliğ olunacağı məhsullara həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılıb. İstanbul, Moskva, Frankfurt, Dubay digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kəlağayı s. kimi məhsulların təqdim olunması təklif edilir.

Xarici ölkələrin ictimai yerlərində kütləvi informasiya vasitələrində isə “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab şirələrinin, eləcə xalçalarının təbliğ olunması planlaşdırılır. Onu da xatırladaq ki, www.export.az portalında ixrac məhsulları şirkətlər, ixraca verilən sertifikatlar, hədəf bazarlar s. məlumatları əldə etmək mümkündür.

Artıq şərab istehsalı ixracı ilə məşğul olan şirkətlərimizin nümayəndələrindən ibarət Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri başa çatıb. Səfər çərçivəsində Azərbaycan şirkətləri Honkonqda Beynəlxalq Şərab Spirtli İçkilər Sərgisində Quancou şəhərindəInterwineBeynəlxalq Şərabçılıq Sərgisində iştirak edib. Azərbaycan şərabları hər iki sərgidə iştirakçılar media nümayəndələri tərəfindən maraqla qarşılanıb, Azərbaycan istehsalı olanSavalanşərabı isə qızıl medala layiq görülüb. Sərgi iştirakçılarına həmçinin Azərbaycanda yaradılmış əlverişli biznes investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli ixracyönümlü məhsullar barədə məlumat verilib, müxtəlif çap materialları təqdim olunub.

Səfər zamanı Azərbaycan adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, yerli distribüterlər potensial müştərilərlə görüşlər keçiriblər. İxrac missiyası çərçivəsində 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb. Bundan başqa, Azərbaycan şərablarının dequstasiyası keçirilib, şərablarımızın istehsal texnologiyasına dair master-klaslar təşkil olunub.

Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanına uyğun olaraq təşkil edilib ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb. Növbəti ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil ediləcək. Missiya əsasən mineral sular, meyvə şirələri, ət süd məhsulları, meyvə-tərəvəz, bal istehsalçılarından ibarət olacaq. 2017-ci il fevralın 26-dan martın 2-dək Dubay şəhərində keçirilən “GULFOOD” ərzaq sərgisində maksimum 30 şirkət, martın 19-dan 21-dək Almaniyanın Düsseldorf şəhərində keçirilən “PROWEIN” şərab sərgisində 15 şirkət, sentyabrın 11-dən 14-dək Moskva şəhərində keçiriləcək “WORLDFOOD” ərzaq sərgisində 50 şirkət, oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” ərzaq sərgisində 30 şirkət, noyabrın 10-dan 12-dək Honkonqda “HKTDC Hong Kong International Wine & Spirits Fair” şərab sərgisində 20 şirkət iştirak edəcək.

Son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması ilə bağlı işlərin intensivləşdirilməsi bu ilin əvvəlindən başlanan yeni islahatlar yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb. Bütün bunların nəticəsi olaraq getdikcə xarici iqtisadi fəaliyyət iştirakçılarının ixrac olunan məhsul çeşidlərinin sayı artmaqdadır.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2016.- 27 noyabr.- S. 1, 3.