“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 984; 2007, ¹ 6, maddə 562, ¹ 10, maddə 938, ¹ 12, maddə 1196; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddələr 507, 517; 2010, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə 612; 2014, ¹11, maddə 1371; 2015, ¹ 6, maddə 684, ¹ 11, maddə 1296; 2016, ¹ 3, maddə 405) aşağıdakı məzmunda 54.3-1-ci maddə əlavə edilsin:

“54.3-1. Mərkəzi Bank “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2016-cı il

 

Azərbaycan.- 2016.- 29 noyabr.- S. 4.