Rusiyanın təhsil
və elm naziri
Bakıda məktəb direktorları ilə görüşüb
Ölkəmizdə
səfərdə olan Rusiya Federasiyasının təhsil və
elm naziri Olqa Vasilyeva noyabrın 27-də Bakıdakı
ümumtəhsil məktəblərinin direktorları ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrindən, ölkəmizin təhsil müəssisələrində rus dilinin tədrisindən danışıb.
Azərbaycanda rus dilinin tədrisi ilə yaxından tanış olan O.Vasilyeva Rusiya təhsil sistemi haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra Azərbaycan-Rusiya təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Bakının Səbail rayonundakı 6 nömrəli
məktəbdə təşkil olunan tədbirdə
Rusiyanın Azərbaycandakı səfiri Vladimir
Doroxin iştirak edib.
Azərbaycan.- 2016.- 29 noyabr.- S. 5.