Akademik Zərifə xanım
Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin
binası istifadəyə verilib
Noyabrın
28-də akademik Zərifə xanım Əliyeva adına
Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı
yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Bildirilib ki, 594 şagird yerlik 4 mərtəbəli məktəbdə akademik Zərifə xanım Əliyevanın xatirə muzeyi, 5-i elektron lövhəli olmaqla 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, 2 şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, idman zalı və bufet vardır.
Məktəbin foyesində akademik Zərifə xanım Əliyevanın büstü qoyulub. Görkəmli akademikin xatirə muzeyi binanın birinci mərtəbəsində yerləşir. Burada Şahtaxtı kəndinin yetirməsi olan alimin həyat və fəaliyyətini əks etdirən məlumatlar, fotoşəkillər və kitablar qoyulub.
2016-2017-ci tədris ilində Şahtaxtı kənd tam orta məktəbində birinci sinfə 43 şagird qəbul olunub. Məktəbəhazırlıq qrupuna isə 42 uşaq cəlb olunub.
Məktəbdə 38 kompüter quraşdırılıb və internetə qoşulub. Kitabxanada 8 mindən artıq kitab müəllim və şagirdlərin istifadəsinə verilib. Kimya və biologiya laboratoriyaları tədris proqramına uyğun təcrübə avadanlıqları, fizika laboratoriyası isə həm də elektron lövhə ilə təmin edilib.
Ali Məclisin Sədri məktəbdə kitabxanalara və şagirdlərin dəqiq elmlərə marağının artırılması, fənn olimpiadalarının keçirilməsi, Şərur Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbulun sayının artırılması barədə tapşırıqlar verib.
Elektron lövhəli sinifdə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi ilə əlaqə yaradılıb, muxtar respublikanın 212 ümumtəhsil məktəbi ilə birlikdə distant dərs keçirilib.
Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik Zərifə
xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində
qurulduğunu bildirib, bu münasibətlə kollektivi
təbrik edib
Azərbaycan.- 2016.- 29 noyabr.- S. 5.