CISCO ilə yeni əməkdaşlıq perspektivləri
müzakirə olunub
Rabitə
və yüksək texnologiyalar naziri Ramin Quluzadənin ABŞ-ın
məşhur CISCO şirkətinin baş vitse-prezidenti Maykl
Qanser ilə görüşündə şirkətlə yeni
əməkdaşlıq perspektivləri nəzərdən
keçirilib, mövcud potensialdan səmərəli istifadə
ilə bağlı irəli sürülən təkliflər ətrafında
fikir mübadiləsi aparılıb.
Rabitə
və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a
bildirilib ki, görüşdə Azərbaycanda İKT və
yüksək texnologiyalar sahəsində həyata keçirilən
dövlət siyasətindən söz açan nazir Ramin
Quluzadə sahə üzrə perspektiv planlar və prioritet
istiqamətlər barədə danışıb.
Azərbaycanla
qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edən
Maykl Qanser tərəfdaşlıq çərçivəsində
həyata keçirilən layihələrdən, o cümlədən
şirkətinin Azərbaycanın rəqəmsallaşdırılması
layihəsi ilə bağlı ideyasından söz
açıb.
Qafqaz
regionunda ilk Tier-III səviyyəli Data mərkəzin Azərbaycanda
tikintisi ilə bağlı avadanlıq, proqram təminatı,
texniki həll yolları məsələlərinin CISCO
şirkətinə də həvalə olunmasına görə
təşəkkürünü bildirib.
Daha
sonra ölkə üçün strateji informasiya
texnologiyaları layihələri, kibertəhlükəsizlik,
mütəxəssislərin informasiya texnologiyaları sahəsində
bacarıqlarının inkişafı üzrə müzakirələr
aparılıb.
Qeyd
edək ki, CISCO şirkəti Azərbaycanda 2006-cı ildən
fəaliyyət göstərir.
Azərbaycan.- 2016.- 29 noyabr.- S.4.