A.Lukaşenko: “Heydər Əliyev şərəfli,
cəmiyyətdə mənfi hallarla
barışmaz mübarizə aparan rəhbər
və gənc nəsil üçün
nümunə idi”
Belarus Prezidentinə
“Heydər Əliyev” ordeni təqdim edilib
Xəbər verdiyimiz kimi, noyabrın 28-də Belarus Respublikasının
Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə
çıxış edən
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını
bildirdi. Dövlətimizin
başçısı qeyd
etdi ki, müasir Azərbaycanın
banisi olan Ulu Öndərin adını daşıyan
“Heydər Əliyev” ordeni ali
dövlət mükafatıdır
və Azərbaycan xalqı qarşısında
xüsusi xidmətlərə
görə həm Azərbaycan vətəndaşlarına,
həm də xarici ölkə vətəndaşlarına təqdim
olunur.
Prezident İlham Əliyev Azərbaycan və Belarus dövlətləri arasında
münasibətlərin əsasının
qoyulmasında ulu öndər Heydər Əliyev və Aleksandr Lukaşenkonun xidmətlərini məmnunluqla
xatırlatdı. Dövlətimizin
başçısı İlham
Əliyev Prezident Aleksandr Lukaşenkonun müasir Belarus dövlətçiliyinin
inkişafında və
ölkənin əldə
etdiyi nailiyyətlərdə
rolunu xüsusi vurğuladı, bu gün Belarusun müasir dinamik inkişaf edən dövlətə çevrildiyini
dedi. Məhz buna görə
də Belarus xalqının
Prezident Aleksandr Lukaşenkonun bu fəaliyyətini yüksək
qiymətləndirdiyini bildirdi.
İkitərəfli əlaqələrə toxunan
Prezident İlham Əliyev uğurla inkişaf edən bu münasibətlərin qarşılıqlı etimada,
hörmətə və
dostluq prinsiplərinə
söykəndiyini qeyd
etdi. Belarus Prezidentinin ölkəmizə bu səfərinin əhəmiyyətindən
danışan dövlətimizin
başçısı səfər
zamanı ikitərəfli
münasibətlərə dair
səmərəli müzakirələrin
aparıldığını bildirdi.
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi, Belarusun tərəqqisi və Azərbaycan-Belarus münasibətlərinin inkişafı
yolundakı fəaliyyətində
ona yeni uğurlar arzuladı.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Aleksandr Lukaşenkoya təqdim etdi.
Azərbaycanın ən ali
mükafatı ilə
təltif olunduğuna
görə dövlətimizin
başçısına minnətdarlığını
bildirən Aleksandr Lukaşenko Ulu Öndərlə bağlı
xatirələrini dərin
ehtiramla bölüşdü.
Qeyd etdi ki, Azərbaycan
xalqının Ümummilli
Lideri həm onun üçün, həm də Belarus xalqı üçün çox mötəbər
insandır. Vurğuladı ki, Ulu Öndər
Sovet İttifaqının
rəhbərliyində çalışdığı
dövrdə ən ədalətli və prinsipial şəxsiyyətlərdən
biri kimi tanınırdı.
Aleksandr
Lukaşenko dedi ki, Heydər Əliyev şərəfli,
cəmiyyətdə mənfi
hallarla barışmaz
mübarizə aparan bir rəhbər və gənc nəsil üçün bir nümunə idi. Prezidentlik fəaliyyəti dövründə
ümummilli lider Heydər Əliyevlə beynəlxalq tədbirlərdə
təmaslarının onda
dərin təəssürat
yaratdığını məmnunluqla
xatırlayan Belarus Prezidenti
vurğuladı ki, ölkələrimiz arasında
bugünkü münasibətlərin
yüksək səviyyədə
olmasının əsasını
məhz Heydər Əliyev qoyub.
Prezident
Aleksandr Lukaşenko
Belarus xalqının tarixdə
bir çox sınaqlarla üzləşdiyini
dedi, Böyük Vətən müharibəsindən
sonra ölkənin quruculuq işlərində
Belarus xalqı ilə
birlikdə digər xalqların nümayəndələrinin,
o cümlədən azərbaycanlıların
fəal iştirak etdiklərini bildirdi. Aleksandr Lukaşenko Böyük Vətən müharibəsində
Qələbənin əldə
edilməsində Azərbaycan
neftinin həlledici əhəmiyyətə malik
olduğunu qeyd etdi.
Belarus Prezidenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həll
edilməsinin vacibliyini
vurğuladı və
münaqişənin həlli
istiqamətində Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirdi.
Prezident Aleksandr Lukaşenko son illərdə Azərbaycanda
bütün sahələrdə
çox böyük inkişafın əldə
edildiyini və Ulu Öndərin işini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi
altında gedən bu inkişaf prosesinin Azərbaycanın
nadir təcrübəsi olduğunu
vurğuladı. Belarus Prezidenti
neftdən əldə
olunan gəlirlərin
dövlət başçısının
həyata keçirdiyi
müdrik siyasət nəticəsində səmərəli
və xalqımızın
firavanlığı naminə
istifadə olunduğunu
xüsusi qeyd etdi.
Sonda Aleksandr
Lukaşenko Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirdi.
Azərbaycan.- 2016.-30 noyabr.- S.2.