Səfəri başa
çatıb
Belarus
Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan
Respublikasına rəsmi səfəri noyabrın 29-da başa
çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Prezidenti
Aleksandr Lukaşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər
rəsmi şəxslər yola saldılar.
AZƏRTAC
Azərbaycan.- 2016.- 30 noyabr.- S. 2.