2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri ilə
bağlı qərar qəbul edilib
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan şuranın 2017-ci il qrant müsabiqəsinin qayda və şərtləri haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov şuranın əsasnaməsinə və QHT-yə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq qurumun 2017-ci il qrant müsabiqəsinə təklif olunan mövzular, şərtlər, qaydalar və yenilənmiş elektron proqram təminatı haqqında məlumat verib. İcraçı direktor şuranın 2017-ci il qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi məqsədilə yüzlərlə QHT-nin iştirakı ilə keçirilmiş ictimai müzakirədə səsləndirilən rəy və təkliflərin nəzərə alındığını bildirib.
Şura üzvləri Nərgiz Xələf, İlqar Məmmədov, Emin Həsənli, Şahin İsmayılov, Əliməmməd Nuriyev və Rufiz Qonaqov 2017-ci il qrant müsabiqəsinin mövzuları, şərtləri, QHT-nin layihələrin qəbulu üzrə elektron xidmətlə bağlı təlimatlandırılması və digər məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2016.- 30 noyabr.- S.3.