"Bakutel-2016" XXII Azərbaycan Beynəlxalq Telekommunikasiyaİnformasiya Texnologiyaları sərgisi açılıb

 

Noyabrın 29-da Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işə başlayıb.

"Bakutel-2016" sərgisində dünyanın 18 ölkəsindən 200-dək şirkət iştirak edir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və ziyarətçilər sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, regionun ən böyük tədbirlərindən biri olanBakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğuyeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.

Ötən 22 il ərzində “Bakutel” sərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq edib. Bu il dünyanın 9 ölkəsi - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur. İştirakçıların 40 faiziBakutel” sərgisinin daimi eksponentləridir. Sərgiyə ilk dəfə qatılan iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, BelarusunBeltelecomkimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Secom”, “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC sport TV”, “GSS” və digər yerli şirkətlər var.

İlk dəfə olaraq sərgi çərçivəsində RYTN-in tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim olunur. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imzainfrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunur. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllərlə tanış olmaq olar.

“Bakutel-2016” sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, dekabrın 2-dək davam edəcək sərgidə iştirakçı və ziyarətçiləri işgüzar görüşlər, müzakirələrlə yanaşı, müxtəlif əyləncəli proqramlar, sürprizlər, maraqlı müsabiqə və viktorinalar gözləyir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2016.- 30 noyabr.- S. 5.