İLHAM
ƏLİYEVin “Qlobal sülh
və əməkdaşlıq" formulu
Prezident Azərbaycan multikulturalizmini
ayrı-seçkilik və humanitar fəlakət meyillərinə
qarşı ən mükəmməl mübarizə vasitəsi
kimi beynəlxalq ictimaiyyətə təqdim etdi
Bakıda artıq beşinci dəfə keçirilən Beynəlxalq Humanitar Forum dünyanın ən böhranlı dövrünə təsadüf edir. Bütün qitələrdə ksenofobiyanın geniş yayıldığı, humanitar fəlakətin yeni ölkələri öz cənginə aldığı, qaçqınların sayının 65 milyona çatdığı, hər gün yüzlərlə insanın terrorizmin qurbanına çevrildiyi, dövlətlərin bir-birinin ardınca süquta uğradığı bir zamanda dünyanın 80-ə yaxın ölkəsinin, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri bu bəlalardan qurtuluş yollarını aramaq üçün yenidən ölkəmizdə toplaşdılar.
Dünya növbəti dəfə
Bakıda birləşdi
Azərbaycanın planetin ən etibarlı sülh və səmərəli tərəfdaşlıq platforması olması artıq danılmaz faktdır. Respublikamız bu sahədə həm öz təkmil təcrübəsini nümayiş etdirir, həm də sivilizasiyalararası əməkdaşlığın mükəmməl nümunəsi kimi birləşdirici faktora çevrilir. Məmləkətimizin daha bir nailiyyəti də odur ki, o, humanitar fəlakatlərə qarşı birgə mübarizənin təşkili, eləcə də, ayrı-seçkiliyin aradan qaldırılması vasitələrinin müəyyənləşdirilməsi istiqamətində qlobal miqyasda aparılan fəaliyyətin istinad nöqtəsinə çevrilib.
Bir neçə il əvvəl Dünya Dinləri Liderlərinin zirvə görüşünə, beş ay öncə isə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna evsahibliyi edən ölkəmizdə iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunur. Avropa ilə Asiyanın mədəniyyətlərarası əməkdaşlığını təsis edən Azərbaycan “Bakı prosesi” adlı qlobal hərəkatın favoritidir. Avropanın ən mötəbər mədəniyyət festivalı olan “Eurovision” Bakıda təşkil olunur, bölgələrimiz isə islam mədəniyyətinin paytaxtı seçilir. Ötən il Avropanın ən böyük və ilk idman yarışını keçirən Azərbaycan gələn il islam ölkələrinin idman olimpiadasının evsahibi olacaq.
Azərbaycan mədəniyyətdən idmana, siyasətdən diplomatiyaya, tolerantlıqdan multikulturalizmə qədər bütün sahələrdə dünyanın ən fəal əməkdaşlıq məkanlarındandır. Bunu təmin edən siyasət isə şübhəsiz ki, Prezident İlham Əliyevin fəaliyyəti və ideya məramıdır. Hakimiyyətin rəsmi kursu sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma kimi prinsipləri təmin və təbliğ etməkdir. Bu kurs dünyada tüğyan edən faşizm və ksenofobiya elementləri fonunda öz misilsizliyini və düzgünlüyünü daha aydın nəzərə çarpdırır.
Günümüzün acı gerçəkliklərindən biri də müxtəlif qitələrdə 70 illik fasilədən sonra faşizmi yenidən dövlət ideologiyasına çevirmək istəyənlərin geniş dəstək tapmaları, dövlət idarəçiliyinə cəlb olunmalarıdır. Faşizm elementləri bu gün Ermənistanın rəsmi siyasətində, Avropada artıq parlamentdə və hökumətdə təmsil olunan partiyaların fəaliyyətində, “İŞİD”in və onu marionetə çevirən məlum dövlətlərin, qüvvələrin əməllərində açıq təzahür edir. Ən acınacaqlı vəziyyət isə gənclərin bu zərərli təsirlərin aparıcı kütləsinə çevrilmələridir. Azərbaycanın malik olduğu və təşviq etdiyi model isə bu meyillərin zərərsizləşdirilməsində istifadə oluna biləcək ən etibarlı silahlarındandır.
İlham Əliyevin dərsləri
və nümunəsi
İlham Əliyevin liderliyində Azərbaycan fərqli qitələrin, müxtəlif dinlərin, ziddiyyətdə olan təfəkkür və dünyagörüşlərinin, toqquşan sivilizasiyaların ortaq təmas nöqtəsinə, sağlam əməkdaşlıq məkanına çevrilib!
İlham Əliyev XXI yüzilliyi ötən əsrin zərərli tendensiyalarının buxovundan azad edərək, sivilizasiyaların fəal əməkdaşlıq dövrünə çevirmək təşəbbüsünün azsaylı müəlliflərindəndir!
İlham Əliyevin “Qlobal sülh və əməkdaşlıq” formulu Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsinə və onu gerçəyə çevirmək istəyən yeni savaş ssenarilərinə qarşı ən effektiv mübarizə vasitələrindəndir!
İlham Əliyev bu gün beynəlxalq təhdidlərə qarşı fəal, çevik, səmərəli mübarizə fəaliyyətini təşviq edir, lokal məkanda yaratdığı təkmil Azərbaycan modelini qlobal miqyasa nümunə göstərir!
Prezidentin V Bakı Humanitar Forumunda nitqinin mahiyyəti də məhz bu mövzulara
aid idi. Beynəlxalq mötəbər tədbirlər sırasında
xüsusi yer tutan forumun əhəmiyyətindən
danışan ölkə
rəhbərinin fikrincə,
bu həm də mütərəqqi qüvvələrin səylərini
birləşdirmələrinin zəruruliyini dünyaya siqnal kimi ötürür.
“Biz çalışırıq və çalışacağıq
ki, bundan sonra da humanitar
sahədə dinlərarası,
mədəniyyətlərarası dialoqun güclənməsinə
öz töhfəmizi
verək. Çünki bizim siyasətimiz
bundan ibarətdir, eyni zamanda, bizim
tariximiz multikulturalizm əsasında qurulub” - Prezidentin bu fikirləri uğurlu Azərbaycan modelinin tarixi kökləri ilə yanaşı, perspektiv istiqamətlərini
də forum iştirakçıları
üçün tam aydınlaşdırdı.
İlham
Əliyevin “böhrandan
xilas” tezisləri
Dünyanı narahat edən məqamlardan açıq
danışılmasını istəyən İlham Əliyev məlum zərərli meyillərə
qarşı mübarizənin
ana xətti olan prinsipləri də açıqladı:
- beynəlxalq humanitar əməkdaşlıq
daha da dərinləşməlidir;
- multikulturalizmlə bağlı beynəlxalq təşkilatlar, ölkələr
konkret mövqeyini bildirməlidir;
- multikulturalizmin alternativi ksenofobiya, ayrı-seçkilik, irqçilik,
islamofobiya, antisemitizmdir
və buna görə bütün mütərəqqi bəşəriyyət
multikulturalizm ideyaları,
idealları ətrafında
birləşməlidir;
- Avropada yenidən baş qaldıran faşizm və müsəlman aləmində
radikal qüvvələrin
daha böyük dəstək qazanması kimi məsələlər
açıq müzakirə
edilməlidir;
- miqrantlara qarşı
Avropada kütləvi hal alan radikal
ovqat aradan qaldırılmalıdır;
- beynəlxalq miqyasda ikili standartlara son qoyulmalıdır;
- mütəxəssislərin,
elm xadimlərinin, görkəmli
şəxsiyyətlərin tövsiyələri, diskussiyaları
problemdən çıxış
yollarının aydınlaşdırılmasında
əsas amillərdən
olmalıdır və
s.
İlham
Əliyevin bu mülahizələri “böhrandan
xilas” tezisləri olmaqla yanaşı, onun illərdir ki irəli sürdüyü
“Qlobal sülh və əməkdaşlıq”
təşəbbüsünün əsas leytmotivlərini əks etdirir və beynəlxalq məkanda qüvvələrin
səfərbər olma
istiqamətlərini düzgün
müəyyənləşdirir.
ISESCO-nun baş direktoru
Əbdüləziz Osman
əl-Tuveycrinin “Dialoqun
və dünyada sülhün təşviq
edilməsi istiqamətində
göstərilən beynəlxalq
səylərin mühüm
rəmzinə çevrilmiş
V Bakı Beynəlxalq
Humanitar Forumuna görə Prezident İlham Əliyevə dərin təşəkkürümü
bildirmək istəyirəm. İlham Əliyevin
böyük səyləri
və mühüm təşəbbüsləri sayəsində
sülh, insanlar arasında qarşılıqlı
anlaşma, dinlər və mədəniyyətlər
arasında yaxınlaşma
meyilləri artır və Azərbaycan da bu yolla
gedir” fikri bu baxımdan mübaliğəsiz olaraq,
bütün iştirakçıların
ortaq qənaəti, yekdil münasibəti idi.
BMT baş katibinin müavini Cihan Sultanoğlu isə ölkəmizin qlobal miqyasda geosiyasi rolunu çox düzgün izah etdi: “Azərbaycan bu gün həyata
keçirdiyi islahatlara
görə regionun aparıcı dövlətinə
çevrilib. 2010-cu ildən etibarən Azərbaycan insan inkişafı reytinqi üzrə BMT-nin İnkişaf Proqramında
ən öncül yerlərdən birini tutur. Təbii ki, bütün
bu nailiyyətlər, Azərbaycanda əldə edilmiş yüksək nəticələr Avrasiya,
Avropa və Orta Şərq regionlarında humanitar məsələlərin həllinə
töhfə verib.
Azərbaycanın qlobal və
regional böhranların həllinə
verdiyi töhfəyə
gəldikdə isə
bu yardımın böyük olduğunu çox yaxşı bilirik”.
Forumun
real nəticələri arasında
iki məqam xüsusi seçilir:
- Azərbaycan qlobal sülh və əməkdaşlıq hərəkatının öncüllərindən olaraq, bu prosesə töhfə verməkdə davam edəcək və beynəlxalq təşəbbüsün mərkəzi aktoru olacaq;
- dünya Azərbaycan həqiqətlərini, uğurlarını, inkişafını aydın gördü, həmçinin üzləşdiyimiz təcavüzün acı fəsadlarını və buna şərait yaradan ikili standartları bir daha öyrəndi.
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə layiqincə evsahibliyi etdi. Müstəqilliyinin bərpasının ildönümü ərəfəsində bu forum növbəti nailiyyət kimi qəbul edilir. Nailiyyətlərimiz isə həqiqətən də çoxdur və qürurvericidir.
Prezidentin təbirincə desək, fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir, gözəl ölkə qurmuşuq və hər şey bundan da gözəl olacaq...
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.-2016.- 1 oktyabr.- S.1.