Praqmatik islahatlar
modelinin növbəti
uğuru
Azərbaycan Ümumdünya
İqtisadi Forumunun reytinqində MDB ölkələri
arasında liderdir
Bu gün dünya
ölkələrində müşahidə
edilən iqtisadi problemlərə, regional səviyyədə
gedən mürəkkəb
siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə
baxmayaraq Azərbaycanın
dayanıqlı inkişafı
təmin olunur. Ölkə iqtisadiyyatının
inkişafı üçün
mütəmadi surətdə
reallaşdırılan praqmatik
islahatlar modeli formalaşdırılıb ki,
bu da bütövlükdə
milli inkişafa təkan verən əhəmiyyətli amildir.
Prezident İlham Əliyevin çevik və düzgün siyasəti, uzaqgörənliklə qəbul
etdiyi qərarlar, həyata keçirilən
qabaqlayıcı tədbirlər
xarici risklərin Azərbaycan iqtisadiyyatına
mənfi təsirini neytrallaşdırır, ölkəmizin
dayanıqlı inkişafını
təmin edir. Dövlət başçısının həyata
keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri
onun sosialyönümlü
olması, habelə bütün problemlərin
həllində iqtisadi
aspektin mövcudluğunun
ön plana çəkilməsidir. Prezident
İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı
ilə bağlı verilən qərarlar strateji xarakter daşımaqla yanaşı,
ölkədə sahibkarlığın
inkişafında yeni dövrün başlanğıcına
zəmin yaradıb. Həm sahibkarlığın
inkişafı, həm
də biznes və investisiya mühitinin yaxşılaşdırılması
ilə bağlı həyata keçirilən
sistemli tədbirlərin
beynəlxalq iqtisadi təşkilatların hazırladıqları
hesabatlarda da öz əksini tapması ölkəmizin uğur göstəricisidir.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan
“Doing Business 2016” hesabatında Azərbaycan mövqeyini 17
pillə yaxşılaşdıraraq
63-cü pilləyə yüksəlib.
Ölkəmiz hesabatın
“Biznesə başlama”
göstəricisi üzrə
5 pillə, “Tikinti üçün icazələrin
alınması” göstəricisi
üzrə 36 pillə,
“Kiçik investorların
maraqlarının qorunması”
göstəricisi üzrə
15 pillə, “Elektrik təchizatı şəbəkələrinə
qoşulma” göstəricisi
üzrə 49 pillə
və “Xarici ticarətin aparılması”
göstəricisi üzrə
72 pillə irəliləyib.
Bununla da Azərbaycan “Doing
Business 2016” hesabatında dünyada
3 və daha çox islahat aparan 24 ölkədən biri olub.
Bu günlərdə isə
Ümumdünya İqtisadi
Forumu 2016-2017-ci illər
üzrə qlobal rəqabət qabiliyyətlilik
hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın
adı xüsusi olaraq vurğulanıb.
Ölkəmiz 138 dövlət arasında
40-cı pillədən 38-ci pilləyə yüksəlib.
Sənədə əsasən, Azərbaycan
iqtisadiyyatı 2015-ci ildə
olduğu kimi, MDB dövlətləri, türkdilli
ölkələr və
BRİCS ölkələri (Çin Xalq Respublikası istisna olmaqla) arasında ən rəqabətli iqtisadiyyat kimi qiymətləndirilib. 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatına
istinadən qeyd edilir ki, dünya
bazarlarında neft qiymətlərinin azalması
fonunda neft ixracatçısı ölkəsi
sayılan Azərbaycanın
makroiqtisadi mühitində
çətinliklər yaransa
da, aparılan islahatlar nəticəsində
sahibkarlıq mühitində
və ticarətdə
effektivliyin artırılması
ölkənin iqtisadiyyatına
müsbət təsir
edib. Habelə biznes mühiti
üçün zərərli
faktor sayılan korrupsiyaya qarşı mübarizədə Ümumdünya
İqtisadi Forumu Azərbaycanın fəaliyyətini
yüksək qiymətləndirib.
Subindikatorların tərkibinə əsasən,
Azərbaycan Respublikasında
sahibkarlığa başlamaq
üçün prosedurlara
görə 3-cü, sahibkarlığa
başlamaq üçün
tələb olunan vaxta görə 9-cu, qadınların əmək
bazarında fəaliyyətinə
görə 18-ci, makroiqtisadi
mühitə görə
39-cu, investorların təhlükəsizliyi
baxımından 36-cı yerdə
qərarlaşıb.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik
etdiyi 13 ilə yaxın müddətdə
iqtisadi strategiyanın
prioritet istiqamətlərindən
biri olan sahibkarlığın inkişafına
daim önəm verib. Məhz elə buna görə də biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşıb, müvafiq
qanunvericilik bazası təkmilləşib, inzibati
prosedurlar sadələşib.
Vergi güzəştlərinin
tətbiqi, iqtisadiyyatın
real sektoruna maliyyə
dəstəyinin gücləndirilməsi
nəticəsində Azərbaycanda
güclü sahibkarlar
ordusu formalaşıb,
özəl sektor iqtisadi inkişafın aparıcı qüvvəsinə
çevrilib. Ölkədə güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və
ixracyönümlü məhsullar
istehsal edən müəssisələrin qurulması
sahibkarlığın inkişafında
mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına
olan tələbatın
yerli istehsal hesabına ödənilməsində,
respublikanın ixrac potensialının artırılmasında
böyük əhəmiyyətə
malikdir.
İlin əvvəlində “2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq” - deyən dövlət başçısı bu vaxta qədər həyata keçirilən islahatları daha qətiyyətlə və daha sürətlə aparmaq istiqamətində tədbirlər gördü. Dövlət başçısının rəhbərliyi və təşəbbüsü ilə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanıldı. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin, Apelyasiya Şurasının və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması ilə bağlı verilən fərman və sərəncamlar ölkə iqtisadiyyatının, eləcə də sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Yoxlamaların dayandırılması sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə yol açıb. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına müsbət təsir göstərib. Azərbaycan Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması da sahibkarların hüquqlarının etibarlı qorunmasına, sahibkarların şikayətlərinə daha həssas yanaşılmasına xidmət edir.
Prezident İlham Əliyevin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyasında yer alan ən mühüm amil ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsidir. Onu da vurğulayaq ki, artıq yeni iqtisadi islahatların yol xəritəsi də tərtib olunub. Strateji yol xəritəsi 2025-ci ilə qədər və sonrakı illərdə əldə olunacaq ümumi hədəfləri müəyyən edir. Bu yol xəritəsi çərçivəsində bir il üçün ətraflı yol xəritəsi, iqtisadi inkişaf strategiyası və 2016-2020-ci illər üçün Tədbirlər Planı, 2025-ci il üçün uzunmüddətli proqnoz və 2025-ci ildən sonrakı dövr üçün məqsədli proqnoz hazırlanıb.
Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası ölkənin yeni inkişaf hədəflərinə hesablanıb.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2016.- 1 oktyabr.- S.1-10.