Prezident İlham Əliyev Fransada
Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel son dövr Fransa ilə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğuladı. O, bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin təqdimatının bütün iştirakçılarda çox böyük təəssürat yaratdığını, ölkəmizə olan marağın daha da artdığını bildirdi. Təmsil etdiyi qurumun 25 üzvü ilə bərabər ölkəmizə səfər etdiyini deyən fransalı qonaq nümayəndələrin hazırda Şəki şəhərində olduqlarını, sonra isə Gəncəyə gedəcəklərini vurğuladı.
Fransa Milli Assambleyasının
deputatı, Fransada Azərbaycanın
Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin
böyük nümayəndə heyəti
ilə Azərbaycana səfərindən məmnunluğunu
bildirən Prezident İlham
Əliyev səfərin ölkəmizlə yaxından
tanış olmaq üçün
yaxşı imkan yaradacağını dedi. Parisin mərkəzində “Azərbaycan şəhərciyi”nin
açılışının və fəaliyyətinin
önəmini vurğulayan dövlətimizin
başçısı artıq bir
neçə dəfədir ki, bu cür təqdimatların
keçirildiyini, Fransa
və Paris sakinlərində məmnunluq doğurduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın geniş təqdimat tədbirlərində fəal
iştirakına görə Jan Fransua Manselə təşəkkürünü
bildirdi. Dövlətimizin
başçısı bu cür
tədbirlərin və eləcə də Fransanın
tanınmış xadimlərinin Azərbaycana səfərlərinin
ölkəmizin Fransada daha
geniş şəkildə tanınması
və ikitərəfli əlaqələrimizin genişləndirilməsi
işinə mühüm töhfə verəcəyini
vurğuladı.
Azərbaycan.-2016.- 1 oktyabr.- S.2.