“Səmavi dinlərin
tarixi” layihəsinin
ilk sərgisi
Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə təsdiqlənmiş
2016-cı ilin Azərbaycanda
“Multikulturalizm ili” elan olunmasına dair Tədbirlər Planına əsasən V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə Bakıda “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) sədri Mübariz
Qurbanlı forum çərçivəsində
təşkil edilən
sərgi barədə
məlumat verib. Bildirib ki, İudaizm dininə həsr edilən “Xalq, kitab, torpaq: Yəhudi xalqının Müqəddəs torpaqlarla
3500 illik əlaqəsi”
mövzusunda sərgi maarifləndirici xarakter daşıyır. Yəhudi icmasına
həsr olunan və ABŞ-dakı Simon Vizental Mərkəzinin xətti ilə keçirilən sərgidə
bu xalqın 3500 illik tarixinə, etnoqrafiyasına aid nümunələr
nümayiş olunur.
Qeyd edilib ki, Simon Vizental Mərkəzinin rəhbərinin
müavini, ravvin
Abraham Kuper 2016-cı ilin
yanvarında Bakıya
səfəri zamanı
Azərbaycanın tolerantlıq
və multikulturalizm ənənələrini yüksək
qiymətləndirərək sərginin ölkəmizdə
nümayiş olunmasını
təklif edib.
DQİDK-nın sədri
multikultural və
tolerant dəyərlərinə görə digər ölkələrə örnək
olan Azərbaycanda bu cür sərgilərin
təşkilini yüksək
dəyərləndirib. Yəhudi icmasının
Azərbaycanda azad şəkildə fəaliyyət
göstərdiyini söyləyən
M.Qurbanlı vurğulayıb
ki, sərgi Azərbaycanda tolerantlığın
ən gözəl nümunələrindəndir.
Dövlət başçısının müvafiq
sərəncamı ilə
2016-cı ilin ölkəmizdə
“Multikulturalizm ili” elan olunduğunu xatırladan komitə sədri qeyd edib ki, bununla
Azərbaycan xalqının
digər millətlərlə
dostluq, qardaşlıq
şəraitində yaşadığını
bütün dünyaya
bir daha nümayiş etdirəcəyik. Bu gün multikulturalizm Azərbaycanın dövlət
siyasətinə və
həyat tərzinə,
tolerantlıq isə xalqımız üçün
demokratik dəyərə
çevrilib.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə dövlət
müşaviri Kamal Abdullayev forum çərçivəsində
təşkil olunan sərgini Azərbaycan və yəhudi xalqlarının dostluğunun
simvolu kimi dəyərləndirib. Bildirib ki, maarifləndirici və mədəni xarakter daşıyan sərgi ilə Azərbaycan mütəxəssisləri,
gəncləri tanış olacaq və onlar dünyada
mədəniyyətin yaranma
mərkəzlərindən biri barədə daha dəqiq təsəvvür əldə
edəcəklər. Təsadüfi deyil ki, sərgi
V Bakı Beynəlxalq
Humanitar Forumu çərçivəsində keçirilir. Foruma qatılan
iştirakçıların bir çoxu bu gün burada
iştirak edir.
Kamal Abdullayev
deyib ki, V Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində Prezident İlham Əliyev həm bu tədbir,
həm də dünyada gedən multikultural proseslər barədə öz fikirlərini söylədi. Biz gördük ki, Azərbaycan multikultural münasibətlər istiqamətində
inamla irəliləyən
ölkələrdən birinə
çevrilib. Bugünkü sərgi də həmin multikultural mühitin bariz nümunəsidir.
Simon Vizental Mərkəzinin
rəhbərinin müavini,
ravvin Abraham Kuper bildirib ki, sərginin
Bakıda keçirilməsi
Azərbaycan və yəhudi xalqları arasında dostluq münasibətlərinin gözəl
təzahürüdür. Bizim xalqlarımızın
ortaq dəyərləri
var. Oktyabradək Muzey
Mərkəzində nümayiş
olunacaq sərgidə İsrailin tarixi, yəhudi xalqı haqqında ətraflı məlumatlar verilir. Bu sərgi sonra
digər bölgələrdə
də nümayiş olunacaq. Qeyd edilib ki,
Simon Vizental Mərkəzinin
sərgisi dünyanın
müxtəlif ölkələrində
təşkil olunub.
Sərginin əhəmiyyətindən bəhs
edən UNESCO-nun baş
direktorunun müavini Qetaçyu Enqida Azərbaycanda mövcud olan multikultural mühiti yüksək qiymətləndirib. O bildirib ki, dünyada sülhə, bərabərliyə
nail olmaq, mədəni
irsin itirilməsinin qarşısını almaq
üçün fərqli
mədəniyyətlərə, dinlərə malik insanların bir-birinə daha da yaxın
olması olduqca vacibdir.
Qeyd edilib ki, UNESCO, ABŞ, və Kanadanın dəstəyi ilə hazırlanan sərgi əvvəlcə BMT-nin Nyu Yorkdakı mənzil qərargahında,
UNESCO-nun Parisdəki mənzil-qərargahında,
ABŞ Konqresində, İsrail
Knessetində, həmçinin
Vatikan, Danimarka və Albaniyada da keçirilib. Mədəni
və maarifləndirici
xarakter daşıyan sərginin Parisdəki açılışlarında UNESCO-nun baş katibi İrina Bokova iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Milli Məclisin deputatı Asim Mollazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı, Fransa İmamlar Konfransının sədri Hasan Şalqumi, Los-Anceles şəhərindəki “Kral Fəth” məscidinin imamı Məhəmməd Xan və digər qonaqlar Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin yüksək səviyyədə olmasından, V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən bəhs ediblər.
Tədbir çərçivəsində, həmçinin Muzey Mərkəzinin sərgi qalereyasında azərbaycanlı gənc rəssam və heykəltəraşların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənci” mövzusunda sərgi açılıb. Sərginin təşkilatçısı və təşəbbüskarı sənətşünas Dilarə Müzəffərlidir. “Tolerant Azərbaycan gənci” layihəsi 2015-ci ildən həyata keçirilir. Layihənin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunmasıdır. Bununla yanaşı, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatıdır. “Tolerant Azərbaycan gənci” layihəsi Azərbaycanda əsrlərdən bəri mövcud olan və çağdaş günümüzdə də uğurla davam etdirilən tolerantlığın ilk dəfə olaraq təsviri sənət əsərləri vasitəsilə geniş ictimaiyyətə çatdırılması, fəaliyyətinə yaradıcı gənclərin cəlb edilməsi və Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatı məqsədini daşıyır. Layihə çərçivəsində son bir ildə gənc rəssamların əsərlərindən ibarət təsviri sənət sərgisi müxtəlif vaxtlarda dəfələrlə ölkəmizdə və xaricdə uğurla nümayiş etdirilib.
Sərgi oktyabrın 2-dək davam
edəcək.
Azərbaycan.-2016.- 1 oktyabr.- S.3.