V Bakı Beynəlxalq
Humanitar Forumunun
BƏYANNAMƏSİ
Azərbaycan çoxkonfessiyalı
ölkə kimi dünyada özünü
təsdiq edib
Biz,
2016-cı il 29–30 sentyabr
tarixlərində V Bakı
Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün dünyanın müxtəlif
ölkələrindən Azərbaycan
Respublikasının paytaxtı
Bakı şəhərində
toplaşmış siyasət,
elm və mədəniyyət
xadimləri, beynəlxalq
təşkilatların, vətəndaş
cəmiyyətinin və
kütləvi informasiya
vasitələrinin nümayəndələri,
Birləşmiş Millətlər Təşkilatının
Minillik Bəyannaməsini,
BMT Baş Assambleyasının
2030-cu ilədək davamlı
inkişafa dair 2015-ci il 25 sentyabr
tarixli Qətnaməsini
və iqlim dəyişikliklərinə dair
2015-ci il 12 dekabr tarixli Paris Razılaşmasını
rəhbər tutaraq;
Minillik Bəyannaməsində hədəflənmiş
məqsədlərə nail olunmasında müəyyən
irəliləyişlər əldə
edildiyini vurğulayaraq;
çox sayda humanitar problemlərin, xüsusilə təhsil və səhiyyə məsələlərinin həllinin
mümkünlüyü, informasiya-kommunikasiya
texnologiyalarının yayılması,
“rəqəmsal fərqlər”in
aradan qaldırılması,
biliyə əsaslanan cəmiyyətin formalaşdırılması
sahələrində qazanılmış
əhəmiyyətli nailiyyətləri
yüksək dəyərləndirərək;
davamlı inkişaf
sahəsində 2030-cu ilə
qədər nəzərdə
tutulmuş yeni miqyaslı və ambisiyalı ümumi gündəliyə sadiqliyimizi
bəyan edərək
və insan kapitalının qorunması
və artırılmasının
əhəmiyyətini vurğulayaraq;
insan ləyaqətinin,
hüququn aliliyi, ədalət, bərabərlik,
irqi, etnik və mədəni müxtəlifliyə hörmət
prinsiplərinin başlıca
əhəmiyyət daşıdığını
etiraf edərək və insan kapitalının
artırılmasının minilliyin məqsədlərinin
gerçəkləşdirilməsində
əsas şərt olduğunu hesab edərək;
hamını davamlı
inkişaf sahəsində
bəyan edilmiş 17 məqsədə nail olmaq
üçün qüvvələri
səfərbər etməyə
və bəşəriyyət
qarşısında qoyulmuş
169 məsələnin həllində
qərarlılıq nümayiş
etdirməyəçağıraraq;
sülh olmadan davamlı inkişafı və davamlı inkişaf olmadan sülhü qeyri-mümkün
hesab edərəkvə
bütün ölkələri,
xalqları dünyadakı
mövcud münaqişələrin
təxirə salınmadan
və ədalətli həllinəçağıraraq;
davamlı inkişafı
təşkil edən iqtisadi, sosial və ekoloji komponentlərin həyata keçirilməsinin tarazlıqlı
təmin olunmasının
zəruriliyi ilə razılaşaraq;
bir çox ölkələrin davamlı
inkişafı yolunda qısamüddətli və
uzunmüddətli müxtəlif
proqramların tərtib
olunmasını tələb
edən böyük problemlərin hələ də mövcudluğunu dərk edərək,
kəskinləşən münaqişələri,
zorakı ekstremizmi, terrorçuluğu və bunlarla əlaqədar humanitar böhranları və insanların məcburi yerdəyişmələrini
qətiyyətlə pisləyərək;
mədəniyyətlərarası, konfessiyalararası
və sivilizasiyalararası
səmərəli dialoqa
nail olmaq istiqamətində
qazanılmış nailiyyətlərə
baxmayaraq, dünyada hələ də ksenofobiya, irqi ayrı-seçkilik, dözümsüzlük
və multikulturalizm siyasətinin nailiyyətləri
və imkanlarının
nəzərə alınmaması
hallarının olduğunu
qeyd edərək;
gender bərabərliyi siyasətinə
və həssas təbəqədən olan
insanların hüquqlarının
təminatına sadiqliyimizi
bəyan edərək;
yalnız humanitar
etikanın əsas prinsiplərinin nəzərə
alınmasının və
bütün intellektual,
mədəni və sosial potensialın səfərbər edilməsinin
ekoloji sivilizasiya hüququnda təsdiqinin mümkünlüyünədiqqət yetirərək;
humanitar əməkdaşlığın
inkişafında kütləvi
informasiya vasitələrinin
və informasiya texnologiyalarının böyük
əhəmiyyətini nəzərə
alaraq;
yaşadığımız planetin və onun təbii
ehtiyatlarının etibarlı
qorunması, iqlim amilləri və bioloji müxtəlifliyin mühafizəsi zərurətini
nəzərə almaqla
inkişafın və
texnologiyalardan istifadənin
təminatı üçün
qüvvələrin səfərbər
olunmasını arzu edərək;
qloballaşma şəraitində
elmi ictimaiyyətin XXI
əsrin çağırışlarına
adekvat cavab axtarışları, elmlərin
konvergensiyası və
innovativ texnologiyaların,
eləcə də biotexnologiyaların çox
sayda fəlsəfi və etik problemlər
meydana gətirdiyini xatırladaraq;
diskussiyalar və geniş fikir mübadilələri çərçivəsində
qlobal humanitar problemlərin
• multikulturalizmin müxtəlif modelləri:
nəzəriyyədən humanist təcrübəyə doğru;
• insanların kütləvi yerdəyişməsi
şəraitində insan
kapitalının qorunmasının
önəmi davamlı
inkişafın əsası
kimi;
• jurnalistikanın informasiya dövrünə
transformasiyası və
onun sivilizasiyalararası
dialoqun təmin edilməsində rolu;
• davamlı inkişaf
və ekoloji sivilizasiya;
• molekulyar biologiya,
biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı
məsələləri: innovativ
və etik problemlər;
• texnologiyaların konvergensiyası və gələcəyə dair
proqnozlar: XXI əsrin əsas çağırışları
kimi aspektlərini nəzərdən keçirərək:
V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə
səmərəli olduğunu
və heç şübhəsiz, beynəlxalq
humanitar əməkdaşlığın
genişləndirilməsinə və bundan sonrakı inkişafına
layiqli töhfə verdiyini bəyan edirik;
yalnız insan kapitalına yatırılan
sərmayələrin müasir
dövrün çağırışlarına
effektli cavabın, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş idarəçilik,
istehsal, elmi və informasiya-kommunikasiya
texnologiyalarının təkmilləşdirilməsinin
əsas şərti olduğunu hesab edirik;
Azərbaycan Respublikasının təşəbbüsü
ilə yaradılmış
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
multikulturalizmin nəzəriyyəsi
və təcrübəsinin
inkişafına mühüm
töhfə verdiyini qeyd edirik;
Azərbaycanda bütövlükdə insan kapitalının qorunması və artırılması işində,
eləcə də əhalinin qaçqınlar
və məcburi köçkünlər kimi
həssas qrupundan bu amilin davamlı
inkişaf məqsədilə
effektli istifadəsində
yüksək nəticələr
əldə olunduğunu
ifadə edirik;
insan kapitalının,
həmçinin fənlərarası
ən yeni bilik və bacarıqların
inteqrasiyası, fasiləsiz
təhsil proqramları
və eləcə də bu sahədə
əməkdaşlığın genişləndirilməsi yolu
ilə inkişafının
davamlı inkişafın
vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik;
sivilizasiyalararası, mədəniyyətlərarası və konfessiyalararası səmərəli dialoqun təşkili məqsədlərinə nail olunmasında informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin artan rolunu vurğulayırıq;
ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşdırılması zərurətinə, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstəkləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsinin vacibliyinə xüsusi diqqət yetiririk;
elmi ictimaiyyətin ən müxtəlif nümayəndələri, o cümlədən təbiət və humanitar elm sahələrinə mənsub alimlər arasında hərtərəfli fikir mübadiləsinin zəruriliyini dərk edirik və XXI əsrin çağırışlarına uyğun adekvat cavabların təmin olunmasında onların müasir və ənənəvi texnologiyaların konvergensiyası istiqamətindəki səylərini yüksək qiymətləndiririk;
humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumları tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalaşmasına, müasir qlobal və lokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və “dəyirmi masa”ları mütəmadi surətdə keçirməyə çağırırıq;
bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edirik və Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalaşması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk;
bu Bəyannamənin qəbul
edilməsini və onun humanitar
sahədə əməkdaşlığın gücləndirilməsi
məqsədi ilə istifadə olunmasını vacib sayırıq.
Azərbaycan.-2016.- 1 oktyabr.- S.7.