Tam müstəqil siyasət aparan ölkə
Azərbaycan xalqının mütləq əksəriyyətinin
referenduma birmənalı şəkildə “hə” deməsi
xalq-iqtidar birliyinin möhkəm olduğunu göstərdi
Azərbaycan dövləti milli mənafeyini lazımi səviyyədə
müdafiə edərək ayrı-ayrı ölkələrlə,
beynəlxalq təşkilatlarla qarşılıqlı
faydalı əməkdaşlıq əlaqələri quraraq
müstəqil siyasət yürüdür. Prezident
İlham Əliyev bəyan edib ki, qarşıda duran strateji vəzifə
Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək
və bütün sahələr üzrə onu dünyanın
inkişaf etmiş, rəqabətədavamlı ölkələri
sırasına çıxarmaqdır.
Prezident İlham Əliyev praqmatik siyasi lider kimi
reallığı operativ və obyektiv şəkildə dəyərləndirir,
milli maraqlar naminə cəsarətli və prinsipial addımlar
atır, istənilən ekstremal şəraitdə ən
optimal, düzgün qərar qəbul edir, habelə ölkənin
taleyüklü problemlərinə həssaslıqla
yanaşır.
Ölkə başçısının
dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin
davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin
gücləndirilməsi ideyası üstünlük təşkil
edir. Üstünlüyü, obyektiv
xarakteri və alternativsizliyi ulu öndər Heydər
Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə
öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının
təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının
daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin
əbədiliyinə, dövlətin hərtərəfli
yüksəlişinə ən etibarlı təminatdır.
Bu gün müstəqil Azərbaycan dövlətinin
öz siyasi dəst-xətti, dövlətçilik siması,
inkişaf yolu var. Ötən illərdə respublikanın
milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi
təkamül konsepsiyası, vahid ideologiyası
formalaşmışdır. Dövlətin milli
maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə,
hüquqi dövlət quruculuğu istiqamətində
ardıcıl və məqsədyönlü fəaliyyəti
də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini
təmin etmişdir. Azərbaycanda mülki
cəmiyyətin qurulması, milli təhlükəsizlik
problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində
görülən işlər bütünlüklə müstəqillik
amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.
Rəsmi Bakı müstəqil xarici siyasətlə
regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə
deyil, sivil əməkdaşlıq, qarşılıqlı
inam mühitinin yaranmasına çalışır. Respublikamızın
diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə
sadiq tərəfdaş imicini qazanması onun müxtəlif
güc mərkəzləri ilə münasibətlərinin
xarakterində hansısa şübhə və tərəddüdlərə
yer qoymur. “Bir ölkə ilə yaxşı münasibətlərdə
olmaq o demək deyil ki, digəri ilə pis münasibətdə
olmaq lazımdır”, - deyən cənab
İlham Əliyev milli maraqları maksimum dərəcədə
qorumaqla yaxın və uzaq dövlətlərlə münasibətləri
yüksək səviyyədə qurmağa
çalışır. İstənilən siyasi gərginliyin beynəlxalq
hüquqi prinsiplər əsasında, diplomatik
danışıqlar və qarşılıqlı anlaşma
şəraitində aradan qaldırılması zərurətini
diqqətə çəkən rəsmi Bakı Azərbaycanın
geosiyasi rəqabət meydanına çevrilməsinə,
hansısa dövlətə hərbi güc tətbiqində
platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol
verməyəcəyini qətiyyətlə bəyan etmiş,
bunu əməli fəaliyyəti ilə sübuta
yetirmişdir.
Regionda siyasi orbitr rolunda çıxış etməyə
iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu
tərəfdaş kimi yanaşmaq məcburiyyətində
qalması, rəsmi Bakı ilə təzyiq və təhdid
dilində danışmağın mənasızlığını
dərk etməsi Azərbaycan diplomatiyasının ən
mühüm uğurlarından biridir. Ölkə
iqtidarının xalqın dəstəyinə arxalanması, hər
bir məsələdə milli maraqları önə çəkməsi
sayəsində Azərbaycanın xarici siyasəti dövlətin
maraq və təhlükəsizliyinə qarşı yönələn
istənilən təhdidə çevik müqaviməti təmin
edir. Azərbaycan bu gün bütün
regional məsələlərdə əsas söz sahiblərindən
biridir, bölgədəki strateji əhəmiyyətli
heç bir layihə Azərbaycansız gerçəkləşə
bilməz. Ölkəmiz dünya
miqyasında müstəqil siyasət aparan ölkə kimi qəbul
edilir və prinsipial məsələlərdə dövlətimizin
mövqeyi nəzərə alınır. Prezident
İlham
Əliyev bu günlərdə Sumqayıt şəhər
ictimaiyyətinin nümayəndələri ilə
görüşü zamanı bildirib: “Bizim siyasətimiz milli
maraqlar üzərində qurulub. Bizim siyasətimizin
təməlində Azərbaycan xalqının maraqları,
milli dəyərlər durur. Bu gün istənilən
beynəlxalq forumda Azərbaycan öz sözünü deyir,
öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə
gedir, heç kimin qarşısında gözükölgəli
deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir,
bəyənilir və beynəlxalq aləmdə bizə
çox böyük şöhrət qazandırıb”.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə
və dəyişikliklər edilməsi məqsədilə
ümumxalq referendumunun da azad, demokratik və şəffaf
şəraitdə yekunlaşması ölkənin demokratik
inkişafında keyfiyyətcə yeni mərhələ
açacaq. Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində
mühüm rol oynayacaq. Əsas Qanunda edilən
dəyişikliklərin başlıca hədəfi dövlət
idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi
icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin
etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni
çevik və effektiv idarəetmə mexanizmi
formalaşdılrmaqdır. Azərbaycanda
gedən proseslər, ölkəmizin davamlı inkişafı
və keçirilən referendum bir daha xalqımızın
iradəsini göstərdi. Tam təsdiq
olundu ki, Azərbaycan xalqı aparılan siyasətə
böyük dəstək verir və bu siyasi kursa alternativ
görmür. Xalqımız bununla da təhlükəsizliyi,
sabitliyi, inkişafı və müstəqilliyi seçdiyini
bir daha dünyaya nümayiş etdirdi.
Azərbaycan dövləti milli maraqları ilə
bağlı məsələlərdə heç bir dövlətə
güzəştə getmək niyyətində
olmadığını dəfələrlə sübuta
yetirib. Ölkə rəhbəri Azərbaycanın müstəqil
dövlət kimi uğurlu siyasət apardığını
bildirib. Bu prinsipial və qətiyyətli
yanaşma ölkənin daxili işlərinə kobud şəkildə
müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi
maraqlarını gerçəkləşdirməyə
çalışan bəzi dövlətlərə, beynəlxalq
qurumlara, transmilli korporasiyalara münasibətdə
özünü daha kəskin şəkildə göstərmişdir.
Ölkə rəhbərliyi bu gün də
iqtisadi və siyasi islahatları hansısa dövlətin və
ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə
reallaşdırdığı mükəmməl strategiya əsasında
aparır. Bəzi dövlətlərin və təşkilatların
Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri
kifayət qədər üzdədir: son illər
respublikamız siyasi baxımdan kifayət qədər güclənərək
regionda inkişafını məhz daxili imkanları
hesabına təmin edən yeganə dövlətə
çevrilmişdir.
Konstitusiya islahatının mütərəqqi xarakter
daşıdığı, beynəlxalq hüquq normalarına
tamamilə uyğun olduğu, insan və vətəndaş
hüquq-azadlıqlarının təminatına yönəldiyi
ilk baxışda qabarıq görünür. Əsas Qanunda
23 dəyişikliyin 16-sının, yəni dörddən
üçünün sırf insan hüquq və
azadlıqlarının qorunması ilə əlaqədar
olması deyilənlərə əyani misaldır.
Ölkə rəhbəri bəzi xarici dairələrin Azərbaycana
qarşı apardıqları qərəzli kampaniyalara da
münasibət bildirib: “Bizə gələcəkdə kimsə
xaricdən nə isə diktə etmək istəyəndə
iki dəfə fikirləşməlidir. Birincisi,
biz heç kimlə diktat dili ilə danışmırıq.
Bu yanaşmanı qəbul etmirik. İkincisi və ən önəmlisi, biz heç
kimdən asılı deyilik. Bizim
apardığımız siyasət bundan ibarətdir ki, ancaq
öz gücümüzə arxalanaq, nə siyasi cəhətdən,
nə maliyyə cəhətdən heç kimdən
asılı olmayaq, heç kimə borclu olmayaq və öz
taleyimizi özümüz həll edək.
Bu gün Azərbaycan reallıqları göstərir ki,
müstəqillik illəri bizim üçün nə qədər
qiymətlidir və nə qədər böyük xeyir gətirir. Heç vaxt
tarixdə Azərbaycan indiki qədər güclü, indiki qədər
azad və müstəqil olmamışdır. Biz tarixi yaxşı bilirik, müxtəlif dövrlərdə
Azərbaycan ərazisində dövlətlər, müxtəlif
ictimai idarəetmə formaları olub. Ancaq
bugünkü dövr əsl müstəqillik
dövrüdür. Heç kimdən
asılı deyilik, öz taleyimiz öz əlimizdədir,
inamla irəliyə gedirik və perspektivlər də çox
açıqdır, aydındır. Biz
bilirik nə istəyirik. Cəmiyyətdə
Azərbaycanın inkişafı ilə bağlı fikir
ayrılığı yoxdur və referendum bunu bir daha təsdiq
etdi”.
Referendum ölkəmizin gələcək inkişafını
müəyyən edir. Azərbaycan xalqının mütləq əksəriyyətinin
referenduma birmənalı şəkildə “hə” deməsi
xalq-iqtidar birliyinin güclü olduğunu bir daha göstərdi.
Azərbaycan bu gün özünəməxsus milli
inkişaf modeli ilə tanınır. Dünya bazarında
neftin qiymətinin kəskin aşağı düşməsi
müəyyən çətinliklər yaratsa da,
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
həyata keçirilən islahatlar ölkəmizin
dayanıqlı inkişafını təmin edərək real
büdcə öhdəliklərinin tam həcmdə yerinə
yetirilməsinə imkan verib. Bu da respublikada
iqtisadi sahədə həyata keçirilən siyasətin
kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını,
detallarına qədər uzaqgörənliklə
düşünüldüyünü bir daha təsdiq edir.
İqtisadiyyatın şaxələndirilməsi,
ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi,
özünütəminat səviyyəsinin yüksəldilməsi,
məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının
ixracının artırılması, idxaldan
asılılığın azaldılması və digər
strateji vəzifələrin həllində özəl sektor həlledici
rola malikdir. Bu gün qarşıda duran əsas
vəzifələrdən biri ixracın həm məhsulların
çeşidi, həm də coğrafiyası baxımından
şaxələndirilməsidir.
Son illər Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsahibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir. Azərbaycanın yüksək təşəbbüskarlığı ilə təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər Bakını artıq regionun “diplomatik paytaxtı”na çevirib. Beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi Azərbaycanın dünyada daha geniş səviyyədə tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatıb ki, biz sadəcə Şərq və Qərb sivilizasiyaları arasında körpü rolunu oynamırıq. Biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla multikulturalizm məkanına çevrilmişik. Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibətin azərbaycanlıların mentalitetinə xas bir dəyər olduğunu nəzərə alsaq, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizmin Azərbaycan üçün xüsusi əhəmiyyətini dərk etmək çətin deyil.
Bütün bunlar o deməkdir ki, müasir Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərərək dünyada layiqli yerini tutub. Həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməkdir.
Elnur HACALIYEV,
Azərbaycan.-2016.- 1 oktyabr.- S.8.