Ölkədə aparılan hüquqi islahatlar prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşməsinə mühüm töhfədir

1 oktyabr prokurorluq orqanlarının əməkdaşlarının peşə bayramı günüdür

Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni ruhu, canlanmainkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq orqanlarının əməkdaşlarının peşə bayramı günü elan olunmuş, bu əlamətdar hadisə fəaliyyətimizə verilən yüksək qiymətin təcəssümü kimi tarixilik qazanmışdır.

Əsrə yaxın müddət ərzində mövcud olmasına və fəaliyyət göstərməsinə baxmayaraq, milli prokurorluq orqanlarının yaranması tarixi uzun müddət yada düşməmiş və prokurorluq işçilərinin peşə bayramı təsis edilməmişdir. Prokurorluq işçilərinin peşə bayramının təsis edilərək qeyd olunması yalnız prokurorluq orqanlarının formalaşmasında və inkişafında müstəsna rolu olmuş ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı nəticəsində mümkün olmuşdur.

Ümummilli lider, həmçinin 28 noyabr 1998-ci ildə respublikamızda ilk dəfə olaraq prokurorluq orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirinin yüksək təntənə ilə keçirilməsinə göstəriş vermişdir. Həmin dövlət tədbirində ulu öndər dərin məzmunlu tarixi nitq söyləyərək prokurorluq işçilərinə dəyərli tövsiyələrini verməklə prokurorluq orqanları qarşısında dayanan əsas vəzifələri müəyyən etmişdir. Ulu öndərin prokurorluq peşəsi ilə bağlı vurğuladığı “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözləri prokurorluq işçilərinin gündəlik həyat devizinə çevrilməklə, bizləri daim böyük ruh yüksəkliyi və iftixar hissi ilə öz peşə fəaliyyətimizə daha yüksək tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər edir.

Prokurorluq orqanlarında növbəti mühüm təntənəli yubiley tədbirləri 1 oktyabr 2008-ci il ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı nəticəsində keçirilmişdir. Ölkədə hüquqi dövlət quruculuğu prosesinin həyata keçirilməsinə, inkişaf etmiş demokratik dövlətlərə xas xüsusiyyətlərə malik hüquq sisteminin formalaşmasına, dövlət idarəetmə sistemmexanizminin, o cümlədən hüquq mühafizə orqanlarının daha da təkmilləşərək fəaliyyətlərinin ən yüksək dünya standartları səviyyəsində qurulmasına, ardıcıl məhkəmə-hüquq islahatlarının aparılmasına xüsusi önəm verən möhtərəm Prezident 90 illik yubiley münasibəti ilə prokurorluq əməkdaşlarını və veteranlarını təbrik edərək, prokurorluqda həyata keçirilən işləri yüksək qiymətləndirmiş, son illər bu dövlət orqanında sağlam mühitinin yaradılması üçün ciddi işlər görüldüyünü, dövlətçilik, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinin ön plana çəkildiyini, cəmiyyətdə prokurorluğa ictimai etimadın artdığını və onun nüfuzunun yüksəldiyini, prokurorların cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirməklə cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynadıqlarını qeyd etmişdir.

Möhtərəm Prezident ölkəmizdə zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq, prokurorluq orqanlarının statusunda, səlahiyyətində və fəaliyyətində köklü dəyişikliklərin baş verməsini, kadr siyasətində ciddi dönüşün yaradılmasını və şəffaflığın təmin edilməsini, elmi-texniki nailiyyətlərin tətbiqini, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər görüldüyünü qeyd edərək, prokurorluq orqanları qarşısında dayanan mühüm vəzifələri göstərməklə, əsas məqsədin prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması olduğunu vurğulamışdır.

Ötən dövr ərzində Azərbaycan Respublikası Prokurorluğu orqanları tərəfindən daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə, dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahatların eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” bu dövlət orqanının müasir dövrün yüksək tələbləri səviyyəsində təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoymuş bu mühüm dövlət sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi dövlət quruculuğundahüquq sisteminin inkişafında, qanunçuluğun, cəmiyyətin və dövlətin maraqlarının qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində prokurorluğun rolu artmışdır. Eyni zamanda onun fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulmasına, müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməklə ən son informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə, prokurorluq orqanlarının işinin onun qarşısında dayanan vəzifələrə və tələblərə uyğun olaraq yüksək səviyyədə qurulmasına, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində və dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılmasına, vətəndaşların müraciətlərinə daha həssas və diqqətli yanaşılmasına nail olunmuşdur.

Prokurorluq orqanlarında şəffaflıq və açıqlıq prinsiplərinə diqqət yetirilməsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş məqsədlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 27 aprel 2016-cı il tarixli sərəncamının müddəalarından irəli gəlir. Milli Fəaliyyət Planı açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi və korrupsiyaya qarşı mübarizəyə dair tədbirlərin davamlılığının təmin edilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi məqsədilə təsdiq edilmişdir. Sərəncamın 4-cü bəndinə müvafiq olaraq “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda Baş Prokurorluğa həvalə edilmiş tədbirlərin tam və vaxtında icrasını təmin etmək məqsədilə geniş tədbirlər planı hazırlanıb təsdiq edilməklə icraya yönəldilmişdir.

Ümummilli lider Heydər Əliyevin zəngin mənəvi irsini, mərhəmətlik və insanpərvərlik ənənələrini yeni nəsillərə aşılamaq qayəsi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərarın vaxtında və dürüst icra olunmasını təmin etmək məqsədilə müvafiq təşkilati işlər görülməklə yanaşı, Baş Prokurorluq üzrə əmr imzalanmışdır. Əmr bu mühüm humanistlik aktının icrası ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələri konkretləşdirərək qərarın icrası zamanı ortaya çıxan məsələlərin operativ həll edilməsini, prokurorluğun fəaliyyətinin digər orqanlarla, o cümlədən amnistiyanı tətbiq edən müvafiq qurumlarla əlaqələndirilməsini, icra vəziyyətinin hər ay təhlil olunmasını müəyyən etmişdir.

Qərarın icrasının təmin edilməsi ilə bağlı həyata keçirilən səmərəli nəticəsində sentyabr ayının əvvəlinədək olan müddət ərzində prokurorluq əməkdaşlarının iştirakı ilə amnistiya aktı ümumilikdə 10079 məhkum olunmuş şəxs barəsində tətbiq edilmiş, onlardan 9538-i kişi, 541-i qadın, o cümlədən 97-si yetkinlik yaşına çatmayan şəxslər olmuşdur. Həmçinin amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2.344.797 manat məbləğində cəriməni ödəməkdən azad olunmuşdur. Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəsissələrində cəza çəkən 2819 şəxs azadlıqdan məhrumetmə cəzalarından azad edilmişlər.

Prokurorluq orqanlarında yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslar hesabına, obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq həyata keçirilmişdir. Bu amillərə prokurorluq orqanlarına qulluğa qəbulla yanaşı, kadrların yerdəyişməsi (rotasiyası), xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində nailiyyətlər qazanmış və peşəkarlıq səviyyəsi ilə fərqlənən şəxslərin vəzifədə irəli çəkilməsi, müvafiq iş təcrübəsi, analitik düşüncə və təşkilatçılıq qabiliyyəti olan prokurorluq işçilərinin müstəqil işə təyin edilməsi zamanı da önəm verilmişdir.

2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) ilə əlaqəli şəkildə tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 10 və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 7 müsabiqə keçirilmişdir.

2016-cı ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş sayca 17-ci müsabiqədə iştirak etmək məqsədilə sənədlərini təqdim etmiş gənc hüquqşünaslardan 117-si prokurorluqda qulluğa qəbul edilmişlər. Hazırda 2002-ci ildən keçirilmiş müsabiqə yolu ilə qulluğa qəbul edilmiş işçilər prokurorluğun kadr korpusunun 63 faizini təşkil edir.

Ötən bir il ərzində prokurorluq işçilərinin xidməti fəallığının və məsuliyyət hissinin artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, kadrlarla sahəsində görülən tədbirlər nəticəsində tələbkarlıq daha da artmış, əmək və icra intizamına nəzarət gücləndirilmiş, fəaliyyətlərində qanunsuzluq hallarına, xidməti intizamın pozulmasına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol vermiş əməkdaşlara münasibətdə prinsipiallıq mövqeyindən yanaşılmışdır.

Bu müddətdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 prokurorluq işçisi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə 145 prokurorluq işçisi barədə həvəsləndirmə tədbiri tətbiq olunmuş, o cümlədən 5 nəfər “Prokurorluğun fəxri işçisidöş nişanı, 48 nəfər Fəxri fərmanla təltif edilmiş, 15 nəfərə mükafatlandırma qaydasında rütbə, 12 nəfərə isə pul mukafatı verilmişdir. Bundan əlavə, hərbi prokurorluq orqanlarının 44 işçisiQüsursuz xidmətə görə” medalları və yubiley medalı ilə təltif edilmişlər.

Xidməti və əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 45 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 19 nəfərə şiddətli töhmət və töhmət verilmiş, 3 nəfər vəzifədən azad edilmiş, 2 nəfər aşağı vəzifəyə keçirilmiş, 12 nəfər isə prokurorluq orqanlarından xaric edilmişdir.

Korrupsiya və rüşvətxorluğu cəmiyyəti sarsıdan ən böyük bəla hesab edən ölkə Prezidentinin siyasi iradəsinə, onun həyata keçirdiyi müdrik dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı ardıcıl, sistemlikompleks mübarizənin qətiyyəti, kəsərliliyi və prinsipiallığı artmış, mübarizə tədbirləri daha səmərəli və fəal şəkildə təşkil edilməklə bu istiqamətdə həyata keçirilən mühüm islahatların, institusional, struktur və təşkilati tədbirlərin səmərəliliyi yüksəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə “ASAN xidmət”in fəaliyyət sferası daha da genişləndirilərək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.

Ölkədə korrupsiyaya əks təsir istiqamətində görülən ardıcıl və sistemli tədbirlərin nəticəsidir ki, Azərbaycanda bu sosial bəlaya qarşı aparılan mübarizə beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilir. Qeyd olunan fikrin ən son dövrdəki təsdiqlərindən biri kimi cari ilin sentyabr ayının 14-16-da Parisdə keçirilmiş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Antikorrupsiya Fəaliyyət Planı üzrə 17-ci monitorinq görüşünü, eləcə də Şəbəkənin Rəhbər Qrupunun 21-ci görüşünü göstərmək yerinə düşər. Tədbirdə Azərbaycan Respublikası III Monitorinq Raundunu uğurla tamamlayaraq IV qiymətləndirmə mərhələsinə keçən ilk iki ölkədən biri olmuşdur.

Korrupsiyaya qarşı mübarizənin aparılmasında prokurorluq orqanlarının həyata keçirdiyi fəaliyyətin, yerinə yetirdiyi vəzifə və funksiyaların əhəmiyyəti, görülən işlərin çevikliyieffektivliyi artmışdır. Belə ki, 1 oktyabr 2015-ci ildən 1 oktyabr 2016-cı ilədək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 31 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılmışdır. Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilmiş, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılmış, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilmiş, 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şəffaflıq, açıqlıq və hesabatlılıq prinsiplərinə xüsusi önəm verilərək qurumun fəaliyyəti barədə mətbuat konfransları, digər tədbirlər keçirilməklə, ictimaiyyətin, vətəndaş cəmiyyətinin və mətbuat nümayəndələrinin suallarına cavab verilmiş, bülletenlər, bukletlər, kitablarmetodiki vəsaitlər nəşr edilərək yayımlanması təmin edilmişdir.

Prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər ötən bir il ərzində yüksək intensivliklə davam etdirilməklə bu sahədə fəaliyyətin effektivliyi artmış, prokurorluqda informasiya-kommunikasiya texnologiyalarından daha geniş və səmərəli istifadə edilməsinə, elektron informasiya proqramlarının tətbiqi dairəsinin və funksionallığının, onların texniki strukturunun və işləmə qabiliyyətinin təkmilləşdirilməsinə, texnoloji imkanlarının genişləndirilməsinə nail olunmuşdur.

Hazırda bütün prokurorluq orqanlarını əhatə edən vahid daxili informasiya-kommunikasiya şəbəkəsi, prokurorluq orqanları arasında video-konfrans sistemi fəaliyyət göstərir, Baş Prokurorluqda hazırlanmış “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının prokurorluğun bütün struktur qurumları və tabe prokurorluqlarda tətbiqi təmin edilmiş, bu proqramlarda aparılan əməliyyat və prosedurlar, proqramların funksional imkanları və texniki parametrləri barəsində ətraflı məlumatların verilməsi, prokurorluq işçilərində müvafiq vərdişlərin yaradılması məqsədilə proqramlardan istifadə qaydalarına dair kitabçalar hazırlanıb nəşr edilmiş, xüsusi hazırlıq kursları keçirilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Baş Prokurorluğun Təşkilat-analitik, Kadrlar, Beynəlxalq əlaqələr və Müraciətlərə baxılması idarələri üçün daxili proqramların hazırlanması həyata keçirilmiş, Baş Prokurorluğun struktur qurumlarının idarədaxili proqramlarla təminatı işi aparılmaqla, idarə və şöbələrin fəaliyyətinə dair bütün məlumat və göstəriciləri əks etdirən, elektron vasitələrdən istifadə edilməklə təhlillərin və analitik işin, ümumiləşdirmələrin aparılmasına, fəaliyyətin qiymətləndirilməsinə və təkmilləşdirilməsinə optimal şərait yaradan müasir tipli proqramların hazırlanıb istifadəyə verilməsi prosesi uğurla davam etdirilir.

Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının daha səmərəli işləməsi, onlardan istifadə zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması, texniki parametrlərinin və funksional imkanlarının daha da yüksəldilməsi, işçilər tərəfindən proqramlardan istifadənin asanlaşdırılması üçün müntəzəm təkmilləşdirmə prosesi həyata keçirilməklə proqramların yenilənməsi təmin edilmiş, proqramların təkmilləşdirilməsi prosesində uğurlu xarici təcrübədən istifadə edilməsi üçün zəruri tədbirlər görülmüşdür.

2016-cı ildə Müraciətlərə baxılması idarəsində arxiv işinin elektronlaşdırılmasını təmin edən “Arxiv” adlı xüsusi proqramın tətbiqinə başlanılmışdır. Proqram Baş Prokurorluğun Mərkəzi arxivinə təhvil verilən və sənədlərə dair aktların müvafiq struktur qurumlardan elektron formada Müraciətlərə baxılması idarəsinə göndərilməsinə, Mərkəzi arxivdə saxlanılan sənədlərin elektron uçotunun aparılmasına və onların sürətli axtarılmasına imkan yaratmışdır.

İnformasiya texnologiyalarının inkişafı, qanunvericilikdə edilmiş dəyişikliklər, məlumatların çatdırılması operativliyi və təhlükəsizliyinin artırılması nəzərə alınaraq prokurorluqda fəaliyyət göstərən “Xüsusi məlumat” informasiya sistemi daha da təkmilləşdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə daim diqqət və qayğı göstərilməklə daxil olan ərizə və şikayətlərə həssaslıqla yanaşılır, əhalinin qəbulu məsələlərinə xüsusi önəm verilir.

Yeni qanunun tətbiqi ilə bağlı prokurorluqda zəruri işlərin aparılması təmin edilərək Baş Prokurorluq üzrə müvafiq əmrlə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrə dəyişikliklər edilmişdir. Əmrin yeni müddəalarında prokurorluğun rəsmi nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı daxil olan müraciətlərə, dövlət orqanlarının (və ya onların vəzifəli şəxslərinin) qanunazidd hərəkətləri (hərəkətsizliyi) barəprokurorluq orqanlarına ünvanlanan şikayətlərə, elektron müraciətlərə, eləcə də təxirəsalınmaz xarakterli məlumatlara baxılması qaydaları müəyyən edilmiş, müraciətlərə baxılması müddətləri yeni qanunvericiliyə uyğunlaşdırılmış, müraciətlərin baxılmamış saxlanılması əsasları və proseduru təsbit edilmişdir.

Baş prokuror tərəfindən ölkənin müxtəlif bölgələrində vətəndaşların səyyar qəbulu keçirilməklə qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, ötən bir il ərzində bölgələrdə 11 səyyar qəbul keçirilməklə 55 rayon və şəhərdən 307 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılması təmin olunmuşdur. Eyni zamanda bu dövr ərzində Baş Prokurorluqda 2304 nəfər qəbul olunmuşdur.

İki ildən sonra ölkəmiz prokurorluq orqanlarının yaranmasının 100 illik yubileyini qeyd edəcəkdir. Bu mühüm yubiley tədbirinin yaxınlaşması biz prokurorluq işçilərini fəaliyyətimizi daha səmərəli təşkil etməklə daha böyük əzm və vicdanla işləyərək indiyədək əldə ediləndən də yüksək nəticələr və uğurlar qazanmağa sövq edir. Prokurorluq işçiləri bundan sonra da üzərlərinə düşən bütün vəzifələri yüksək keyfiyyətlə yerinə yetirəcək, vətənimizə, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməklə fəaliyyətlərini qanunvericiliyin və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi tələblər səviyyəsində quracaq, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin aparılmasında yeni nailiyyətlər əldə edəcəklər.

Zakir QARALOV,

Azərbaycan Respublikasının Baş prokuroru I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan.-2016.- 1 oktyabr.- S.9.