Dəfn mərasiminin
təşkili və keçirilməsi zamanı
hərbi ehtiram göstərilən şəxslərin
valideynlərinə (yaxın
qohumlarına və ya qanuni nümayəndələrinə)
yas mərasimlərinin
təşkili üçün
maliyyə yardımının
göstərilməsi qaydasının
və məbləğinin
müəyyən edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 374
¹ 374
Bakı şəhəri,
29 sentyabr 2016-cı il
“Azərbaycan Respublikasının
1994-cü il 23 sentyabr
tarixli 886 nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin
1.7-ci maddəsinə uyğun
olaraq dəfn mərasiminin təşkili
və keçirilməsi
zamanı hərbi ehtiram göstərilən
şəxslərin valideynlərinə
(yaxın qohumlarına
və ya qanuni nümayəndələrinə)
yas mərasimlərinin
təşkili üçün
3000 (üç min) manat
məbləğində maliyyə
yardımı müəyyən
edilsin.
2. “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsinə
əsasən hərbi
ehtiram göstərilən
şəxslərin dəfninə
müvafiq maliyyə yardımının verilməsi
üçün həmin
şəxslərin valideynləri
(yaxın qohumları və ya qanuni
nümayəndələri) tərəfindən yaşadığı
yer üzrə Azərbaycan Respublikası
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə
müəyyən olunmuş
formada ərizə, şəxsiyyətini təsdiq
edən sənədlərlə
birlikdə aşağıdakılar
təqdim edilməlidir:
2.1. həqiqi
hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda
olan hərbi vəzifəlilərin) həlak
olması və ya vəfat etməsi
barədə hərbi
hissə (müəssisə,
idarə və təşkilat) komandirinin
(rəisinin) əmri;
2.2. ehtiyatda
və istefada olan şəxslər üçün ölüm
haqqında şəhadətnamə;
3. 2.1-ci və
2.2-ci yarımbəndlərdə göstərilən sənədlər
aidiyyəti üzrə
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin,
Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin, Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyinin, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin,
Azərbaycan Respublikası
Xüsusi Dövlət
Mühafizə Xidmətinin,
Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin, Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin,
Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin hərbi hissə (müəssisə,
idarə və təşkilatı), Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin müvafiq
olaraq yerli idarə, şöbə və bölmələri tərəfindən verilir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, 3 (üç) iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ilə ödənilməsini təmin edir.
5. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 2 oktyabr.- S.3.