“Ətraf mühitin
mühafizəsi üzrə
dövlət fondu haqqında Əsasnamə”,
“Ekoloji auditor fəaliyyətinin
aparılması Qaydaları”nın
və “Dövlət ekoloji ekspertizasının
maliyyələşdirilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı № 373
№ 373
Bakı şəhəri,
27 sentyabr 2016-cı il
“Su bioresurslarının artırılması,
bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanının 3.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, №2, maddə 119; 2002, № 7, maddə 451, № 11, maddə
675; 2003, № 4, maddə 215; 2004, № 9, maddə 745; 2005, № 1, maddə
49, № 7, maddə 667; 2008, № 9, maddə 856; 2011,
№ 9, maddə 865) ilə
təsdiq edilmiş “Ətraf mühitin mühafizəsi üzrə
dövlət fondu haqqında Əsasnamə”nin
3-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. a) yarımbəndinə “haqqında” sözündən
sonra “(balıqçılıq
istisna olmaqla)” sözləri əlavə
edilsin.
2. c) yarımbəndindən “və
balıqçılıq” sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.-
2 oktyabr.- S.3.