“Azərbaycan
Respublikasında balıqçılıqla bağlı bəzi
normativ hüquqi
aktların təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli
146 nömrəli qərarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 372
¹ 372
Bakı şəhəri, 27 sentyabr
2016-cı il
“Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 9, maddə 556; 2005, ¹ 1, maddə 49, ¹ 6, maddələr 540, 555, 558; 2006, ¹ 4, maddə 370; 2012, ¹ 5, maddə 474; 2014, ¹ 11, maddə 1508; 2015, ¹7, maddə 876; 2015, ¹10, maddə 1223) ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr"in 9-cu hissəsinin a) yarımbəndində “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna" sözləri “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduna" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 2 oktyabr.- S.3.