“Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili
və idarə olunması Qaydası”nın
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 370
¹ 370
Bakı şəhəri, 27 sentyabr 2016-cı il
“Texnologiyalar
parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının
4.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
“Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili
və idarə olunması Qaydası” təsdiq edilsin (əlavə
olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 sentyabr tarixli 370 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
Birgə
texnologiyalar parkının fəaliyyətinin təşkili və
idarə olunması
QAYDASI
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının
4.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə hazırlanmışdır və birgə texnologiyalar
parkının (bundan sonra - birgə texnopark) fəaliyyətinin
təşkili və idarə edilməsi məsələlərini
tənzimləyir.
1.2.
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də
(bundan sonra - Əsasnamə) göstərilmiş
“Texnoparkın yaradılması məqsədləri”, “İdarəedici
təşkilatın funksiyaları”, “İdarəedici təşkilatın
gəlirləri”, “Texnoparkın rezidentinin fəaliyyəti”,
“İnkubatorun rezidentinin fəaliyyəti”, “Texnoparkın torpaq
sahələrindən istifadə”, “Texnoparkın ləğvi”
bölmələri üzrə müddəalar birgə
texnoparklara da şamil edilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar Əsasnamə
ilə müəyyən edilir.
1.4. Birgə
texnoparklar ixtisaslaşmış və qarışıq
profilli ola bilər.
1.5. Bu Qaydada istifadə olunan investor (sərmayədar)
anlayışı “İnvestisiya fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilir.
2. Birgə
texnoparkın yaradılması
2.1.
Özəl və xarici investisiyaları innovasiya və yüksək
texnologiyalar sahəsinə cəlb etməklə,
texnoparkınqurulmasına nail olmaq üçün dövlət,
bələdiyyə və ya xüsusi mülkiyyətdə olan
torpaqlarda investorla birgə texnopark yaradıla bilər.
2.2. Birgə
texnoparkın yaradılması haqqında qərarı dövlət
mülkiyyətində olan torpaqlara münasibətdə mərkəzi
icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin
(birgə texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin müəssisənin
təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin) təklifinə əsasən Azərbaycan
Respublikasının Prezidenti, bələdiyyə mülkiyyətində
olan torpaqlara münasibətdə müvafiq bələdiyyə,
xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə
isə xüsusi mülkiyyətçi qəbul edir.
2.3.
İnvestor (sərmayədar) dövlət mülkiyyətində
olan torpaqlara münasibətdə mərkəzi icra hakimiyyəti
orqanına və ya dövlət müəssisəsinə
(birgə texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsinə), bələdiyyə
mülkiyyətində olan torpaqlara münasibətdə
müvafiq bələdiyyəyə, xüsusi mülkiyyətdə
olan torpaqlara münasibətdə xüsusi mülkiyyətçiyə
birgə texnoparkın yaradılması haqqında investisiya təklifi
ilə müraciət edir.
2.4. Birgə
texnoparkın yaradılması haqqında investisiya təklifinə
aşağıdakı sənədlər əlavə edilir:
2.4.1. investor haqqında ümumi məlumat;
2.4.2. investorun maliyyə vəziyyəti və maliyyə
mənbəyi haqqında məlumat;
2.4.3. yaradılması təklif edilən birgə
texnoparkın fəaliyyət profili haqqında məlumat;
2.4.4. birgə texnoparkınyaradılmasının
iqtisadi əsaslandırılması;
2.4.5. yaradılması təklif edilən birgə
texnoparkın əsasnaməsinin layihəsi;
2.4.6. yaradılacaq idarəedici təşkilatın təsisçilərinin
təsis müqaviləsinin layihəsi;
2.4.7. yaradılacaq idarəedici təşkilatın
nizamnaməsinin layihəsi;
2.4.8. birgə texnoparkın yaradılması ilə əlaqədar
tədbirlər planının layihəsi.
2.5.
Dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə
olan torpaqlarda birgə texnoparkın yaradılması məqsədi
ilə daxil olan investisiya təklifinə 20 (iyirmi) iş
günü müddətində baxılır.
2.6.
Dövlət mülkiyyətində olan torpaqlarda birgə
texnoparkınyaradılmasına aşağıdakı qaydada
baxılır:
2.6.1. birgə texnoparkın yaradılması
haqqında investisiya təklifi daxil olduqda, mərkəzi icra
hakimiyyəti orqanı və ya dövlət müəssisəsi
(birgə texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsi) investorun
təklifini qeydiyyata alır və investora qeydiyyatı təsdiq
edən sənəd (arayış) təqdim edir;
2.6.2. mərkəzi icra hakimiyyəti orqanı və
ya dövlət müəssisəsi (birgə texnoparkın
dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsi) investorun
təklifinin və ona əlavə edilmiş sənədlərin
bu Qaydanın 2.4-cü bəndinin tələblərinə
uyğunluğunu yoxlayır. Təklifə əlavə edilməli
bütün sənədlər təqdim edilmədikdə, təklifin
qeydiyyata alındığı tarixdən 3 (üç)
iş günündən gec olmayaraq mərkəzi icra hakimiyyəti
orqanı və ya dövlət müəssisəsi (birgə
texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsi) həmin
çatışmazlıqları göstərməklə,
investora bu barədə yazılı məlumat verir. Bu zaman təklifə
baxılmanın axımı dayandırılır və
dayandırılmış müddət təklifə baxılmanın
ümumi müddətinə daxil edilmir;
2.6.3. investor yazılı məlumatı
aldığı vaxtdan ən geci 15 (on beş) iş
günü müddətində həmin
çatışmazlıqları aradan qaldırmalıdır.
Çatışmazlıq aradan qaldırıldıqdan sonra
baxılmanın ümumi müddətinin axımı bərpa
edilir;
2.6.4. investorun təklifinin dəyərləndirilməsi
mərkəzi icra hakimiyyəti orqanında və ya dövlət
müəssisəsində (birgə texnoparkın dövlət
elm və təhsil müəssisələri yanında
yaradılması barədə isə həmin dövlət elm
və təhsil müəssisəsində) bu məqsədlə
yaradılmış qiymətləndirmə komissiyası
(bundan sonra - komissiya) tərəfindən həyata
keçirilir;
2.6.5. komissiya mərkəzi icra hakimiyyəti
orqanı və ya dövlət müəssisəsi (birgə
texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsi) tərəfindən
onun işçiləri arasından seçilmiş şəxslərdən
yaradılır və komissiya ictimai əsaslarla fəaliyyət
göstərir. Komissiyanın tərkibi (sədri və digər
4 üzvü) mərkəzi icra hakimiyyəti orqanının və
ya dövlət müəssisəsinin (birgə texnoparkın
dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsinin) rəhbəri
tərəfindən müəyyən edilir;
2.6.6. zərurət yarandıqda, komissiyanın tərkibinə
kənar təşkilatların mütəxəssisləri və
müstəqil ekspertlər daxil edilir. İnvestor tərəfindən
təklifin hazırlanması üçün cəlb
olunmuş mütəxəssislər, ekspertlər, məsləhətçilər,
eləcə də hüquqi və maliyyə cəhətdən
investorla əlaqədə olan hüquqi şəxsin nümayəndələri
və ya fiziki şəxslər komissiyanın tərkibinə
daxil edilə bilməzlər;
2.6.7. komissiya investorun təklifinə dair rəyini
özünün yekun iclasında müəyyən edir,
iclası protokol ilə rəsmiləşdirir
və onu təklifə baxılmanın ümumi müddətinin
bitməsinə ən geci 5 (beş) iş günü
qalmış yazılı formada mərkəzi icra hakimiyyəti
orqanına və ya dövlət müəssisəsinə
(birgə texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsinə) təqdim
edir;
2.6.8. dövlət elm və təhsil müəssisəsinin
komissiyasının rəyi müsbət olduqda, dövlət
elm və təhsil müəssisəsi investisiya təklifini və
bu Qaydanın 2.4-cü bəndinə əsasən tələb
olunan sənədləri Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim edir;
2.6.9.
komissiyanın investor tərəfindən təqdim edilmiş təklifə
dair rəyi müsbət olduqda, mərkəzi icra hakimiyyəti
orqanı və ya dövlət müəssisəsi (birgə
texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə bu Qaydanın
2.6.8-ci yarımbəndinə əsasən həmin müəssisənin
təqdimatı əsasında Azərbaycan Respublikasının
Nazirlər Kabineti) təklifi və bu Qaydanın 2.4-cü bəndinə
əsasən tələb olunansənədləri, həmçinin
birgə texnoparkın fəaliyyət ərazisi, sosial və
digər infrastrukturla təminatı imkanları haqqında məlumatı
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
2.6.10. birgə
texnoparkın fəaliyyət ərazisi haqqında məlumatda ərazi
sərhədlərinin dəqiq təsviri və ərazinin
planı, yaradılması təklif olunan birgə texnoparkda
yerləşən torpaqların tərkibi haqqında məlumat,
torpaq sahələrinin mülkiyyətçilərinin və
torpaq istifadəçilərinin siyahısı göstərilməlidir;
2.6.11. investorun (sərmayədarın) təklifinə
dair komissiyanın rəyi mənfi olduqda, mərkəzi icra
hakimiyyəti orqanı və ya dövlət müəssisəsi
(birgə texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsi) qeydiyyat
prosedurunun ümumi müddəti çərçivəsində
təklifi və ona əlavə edilmiş sənədləri
öz rəyi ilə birlikdə investora qaytarır;
2.6.12. investor tərəfindən təqdim edilmiş
təklifdə və ya ona əlavə olunmuş sənədlərdəki
çatışmazlıqlar bu Qaydanın 2.6.3-cü yarımbəndi
ilə müəyyən edilmiş müddətdə aradan
qaldırılmadıqda, mərkəzi icra hakimiyyəti
orqanı və ya dövlət müəssisəsi (birgə
texnoparkın dövlət elm və təhsil müəssisələri
yanında yaradılması barədə isə həmin
dövlət elm və təhsil müəssisəsi) təklifi
və ona əlavə edilmiş sənədləri investora
qaytarır.
2.7. Bələdiyyə
və ya xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə
müvafiq bələdiyyə və ya xüsusi mülkiyyətçi
investordan daxil olmuş investisiya təklifini 20 (iyirmi) iş
günü müddətində qiymətləndirir və rəyi
müsbət olduqda, birgə texnoparkın yaradılması
haqqında qərar verir.
2.8.
İnvestorun (sərmayədarın) təklifinə dair
müvafiq bələdiyyə və ya xüsusi mülkiyyətçinin
rəyi mənfi olduqda, habelə investor tərəfindən təqdim
edilmiş təklifdə və ya ona əlavə olunmuş sənədlərdəki
çatışmazlıqlar bu Qaydanın 2.6.3-cü yarımbəndi
ilə müəyyən edilmiş müddətdə aradan
qaldırılmadıqda, təklif və ona əlavə
edilmiş sənədlər investora qaytarılır.
2.9.
İnvestor və ya onun iştirak payı olan kommersiya təşkilatı
(idarəedici təşkilat və ya operatorda olan iştirak
payı istisna olmaqla)birgə texnoparkın
rezidenti kimi fəaliyyət göstərə bilər.
3. Birgə
texnoparkın fəaliyyətinin təşkili və idarə
olunması
3.1. Birgə
texnoparkın fəaliyyətinin təşkili, idarə
olunması və inkişaf etdirilməsi Azərbaycan
Respublikasının qanunvericiliyinə, Əsasnaməyə və
bu Qaydaya uyğun olaraq idarəedici təşkilat tərəfindən
həyata keçirilir.
3.2.
İdarəedici təşkilat dövlətin iştirak
payı olan birgə texnoparklarda dövlətin və investorun
iştirak payına uyğun təsisçiliyi ilə, bələdiyyənin
iştirak payı olan birgə texnoparklarda bələdiyyə
və investorun iştirak payına uyğun təsisçiliyi
ilə, xüsusi mülkiyyətçinin iştirak payı
olan birgə texnoparklarda xüsusi mülkiyyətçinin və
investorun iştirak payına uyğun təsisçiliyi ilə
yaradılır.
3.3.
İdarəedici təşkilat birgə texnoparkın
yaradılması haqqında qərarla müəyyən edilir.
3.4.
Əsasnamənin 5-ci hissəsi ilə müəyyən
olunmuş funksiyaların yerinə yetirilməsində tərəflərin
bərabərhüquqlu iştirakını təmin etmək
üçün kollegial orqan olan birgə komissiya
yaradılır.
3.5.
Dövlət mülkiyyətində olan torpaqlarda yaradılan
birgə texnoparklara münasibətdə təsis edilmiş
birgə komissiyada dövləti Azərbaycan Respublikasının
Prezidenti tərəfindən müəyyən edilən səlahiyyətli
orqan təmsil edir.
3.6. Birgə
texnoparkın daha səmərəli idarə olunmasını təmin
etmək üçün birgə komissiyanın qərarı
ilə müsabiqə əsasında operator cəlb edilə
bilər.
3.7.
İdarəedici təşkilat və operator birgə
texnoparkın fəaliyyətinə görə cavabdehdirlər.
Operatorun əsas fəaliyyəti birgə
texnoparkın idarə olunmasına dair idarəetmə
sazişi çərçivəsində həvalə
olunmuş funksiyaları icra etməkdən ibarətdir.
3.8.
Operator birgə texnoparkı onunla idarəedici təşkilat
arasında bağlanılan idarəetmə sazişi əsasında
idarə edir. İdarəetmə sazişi
Əsasnamənin 4.5-ci bəndinə əsasən müəyyən
edilir.
3.9.
İdarəedici təşkilat və operator birgə
texnoparkın rezidenti kimi fəaliyyət göstərə bilməzlər.
3.10. Birgə
texnoparkın fəaliyyətinin təşkili məqsədi ilə
aşağıdakı tədbirlər həyata keçirilir:
3.10.1. birgə texnoparkın fəaliyyəti
üçün ayrılmış ərazi istifadəyə
yararlı vəziyyətə gətirilir;
3.10.2. birgə texnoparkın infrastrukturu
yaradılır;
3.10.3. inkubator və texnologiya transferi mərkəzi
yaradılır;
3.10.4. fəaliyyət profilinə uyğun olaraq,
innovasiya məhsulunun və (və ya) yüksək
texnologiyaların hazırlanması, işlənilməsi, təkmil-ləşdirilməsi
və istehsalı üçün elmi tədqiqatların və
təcrübə-konstruktor işlərinin həyata keçirilməsi
ilə bağlı xidmətlərin göstərilməsi təşkil
edilir.
3.11.
İnkubator və texnologiya transferi mərkəzindən
başqa, birgə texnoparkdainnovasiya fəaliyyətinin
inkişafı və elmi fəaliyyətin genişləndirilməsi
məqsədi ilə digər struktur bölmələri də
yaradıla bilər.
3.12. Birgə
texnopark üçün nəzərdə tutulmuş dövlət,
bələdiyyə və ya xüsusi mülkiyyətdə olan
torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri
(bundan sonra – sahələr) icarəyə vermək hüququ ilə
idarəedici təşkilatın istifadəsinə verilir. Birgə texnoparka verilən infrastruktur obyektlərindən
yalnız onun fəaliyyət məqsədləri
üçün istifadə edilir.
4. Birgə
komissiyanın fəaliyyətinin təşkili
4.1. Birgə
komissiyanın tərkibi, dövlət mülkiyyətində
olan torpaqlara münasibətdə bu Qaydanın 3.5-ci bəndi
ilə müəyyən olunan müvafiq səlahiyyətli
orqanın nümayəndələri, bələdiyyə
mülkiyyətində olan torpaqlara münasibətdə
müvafiq bələdiyyənin üzvləri, xüsusi
mülkiyyətdə olan torpaqlara münasibətdə isə
xüsusi mülkiyyətçi və (və ya) onun nümayəndələri,
habelə investor və (və ya) onun nümayəndələri
daxil edilməklə müəyyən edilir.
4.2. Birgə
komissiya ictimai əsaslarla fəaliyyət göstərir.
4.3. Birgə
komissiyanın tərkibi, onun sədri də daxil olmaqla 7
üzvdən ibarətdir.
4.4. Birgə
komissiyanın işinə rəhbərliyi birgə komissiyanın
üzvləri arasından seçilmiş sədr həyata
keçirir.
4.5. Birgə
komissiyanın iclaslarına sədrliyi sədr,
iclaslarının təşkilini və işinin əlaqələndirilməsini
isə birgə komissiyanın üzvləri arasından
seçilmiş katib yerinə yetirir.
4.6. Birgə
komissiyanın iclasları onun üzvlərinin yarıdan
çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir.
4.7. Birgə
komissiyanın iclasları bir qayda olaraq, ildə ən azı 4
(dörd) dəfə keçirilir. Əlavə
iclaslar komissiya sədrinin, üzvlərinin yarıdan
çoxunun və ya idarəedici təşkilatın tələbi
ilə çağırıla bilər.
4.8. Birgə
komissiyanın üzvü iclaslarda şəxsən iştirak
etməlidir. Birgə komissiyanın üzvü
iclasda iştirak edə bilmədiyi təqdirdə, o, bu barədə
birgə komissiyanın sədrini əvvəlcədən məlumatlandırmalıdır.
İclasda birbaşa iştirak edə bilməyən
birgə komissiyanın üzvü iclasda müzakirəsi nəzərdə
tutulmuş məsələlərin baxılmasında qiyabi
şəkildə iştirak edə bilər. Bu məqsədlə üzv iclasın keçiriləcəyi
günədək əsaslandırılmış rəyini
yazılı və ya elektron şəkildə birgə
komissiyanın sədrinə göndərir. Rəyini yazılı və ya elektron formada təqdim
etmiş üzv birgə komissiyanın iclasında iştirak
etmiş hesab edilir və səsvermədə onun səsi nəzərə
alınır.
4.9. Birgə
komissiyanın qərarları sadə səs çoxluğu ilə
qəbul edilir. Səslər bərabər olduqda,
birgə komissiyanın sədrinin səsi həlledici hesab
edilir.
4.10. Birgə komissiyanın iclasları komissiya sədrinin və katibinin imzaladığı protokolla rəsmiləşdirilir.
5. Birgə texnoparkınmaliyyələşdirilməsi və gəlirin bölüşdürülməsi
5.1. Birgə texnoparkın fəaliyyətinin
təşkili və idarə olunması xərclərinin, həmçinin
gəlirlərin bölüşdürülməsi bu
Qaydanın 3.2-ci bəndinə əsasən yaradılacaq idarəedici
təşkilatın təsis müqaviləsi ilə müəyyən
edilir.
Azərbaycan.-2016.- 2 oktyabr.- S.3.