Gəncə Şəhər İcra
Hakimiyyəti başçısının tabeliyində “Gəncə
Nəqliyyat” Məhdud Məsuliyyətli
Cəmiyyətinin yaradılması haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 366
¹ 366 Bakı
şəhəri, 23 sentyabr 2016-cı il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Gəncə
Şəhər İcra Hakimiyyəti
başçısının tabeliyində “Gəncə Nəqliyyat”
Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
2. Gəncə
Şəhər İcra Hakimiyyəti
başçısının tabeliyində “Gəncə Nəqliyyat”
Məhdud Məsuliyyətli Cəmiyyətinin ştat sayı
20 (iyirmi) vahid müəyyən edilsin.
3. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısının tabeliyində “Gəncə Nəqliyyat”
Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq
edilməsi və dövlət qeydiyyatına alınması
üçün zəruri tədbirlərin həyata
keçirilməsini təmin etsin.
4. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi və Gəncə Şəhər
İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri
həll etsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 2 oktyabr.- S.3.