Gəncədə Avropa Gənclər Festivalının
açılış mərasimi keçirilib
Oktyabrın 1-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Avropa Gənclər Festivalının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən festivalda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Forumun baş katibi Allan Pall, “Avropa Gənclər Paytaxtı Şəbəkəsi”nin icraçı direktoru Andras Farkas, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev, həmçinin bir sıra yerli və əcnəbi qonaqlar iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Sonra iştirakçılar mərkəzdə Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən stendlərə baxıb, fotolarla tanış olublar.
Dövlət Himninin səsləndirilməsi
ilə festival açıq
elan olunub. Tədbirdə çıxış edən
Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısı Elmar
Vəliyev qonaqları
salamlayıb, onları
Avropanın Gənclər
Paytaxtında görməkdən
məmnunluğunu ifadə
edib.
Məlumat verilib ki, “Gəncə-2016
Avropanın Gənclər
Paytaxtı” layihəsi
çərçivəsində bu vaxta qədər
250-dən çox beynəlxalq
və yerli əhəmiyyətli tədbir
keçirilib. İlin sonuna qədər
isə daha bir neçə tədbirin təşkil olunması nəzərdə
tutulub. Layihə çərçivəsində
həyata keçirilən
tədbirlərin mövzusu
aktual olmaqla yanaşı, rəngarəng
və müxtəlifdir.
Məqsəd isə gənclərin
dünyaya inteqrasiyasını,
işgüzar və mədəni əlaqələrini
genişləndirməkdir.
Prezident İlham Əliyevin “Gəncə-2016
Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək tədbirlərlə
əlaqədar xüsusi
Sərəncam imzaladığını
diqqətə çatdıran
icra hakimiyyətinin başçısı ölkənin
9 nazirliyinin və 2 dövlət komitəsinin
də təşkilati
işlərə cəlb
olunduğunu deyib.
Vurğulanıb ki, keçirilən tədbirlər gənclər
arasında həmrəylik
yaratmaqla, ölkələrarası
və xalqlararası dostluq münasibətlərinin
qurulmasına, möhkəmləndirilməsinə
mühüm töhfələr
verir. Ölkənin gələcək inkişafının gənclərlə
bağlı olduğunu
deyən Elmar Vəliyev onlara daha geniş imkanlar yaradılmasının,
potensiallarından səmərəli
istifadə olunmasının
vacibliyindən danışıb.
Avropa Gənclər
Forumunun baş katibi Allan Pall çıxışında
təmsil etdiyi forumun 100-dən çox gənclər təşkilatını
birləşdirdiyini diqqətə
çatdırıb. Gəncəyə Avropanın Gənclər Paytaxtı titulunun verilməsi və rəmzi açarın nümayəndə heyətinə
təqdimat mərasimlərində
iştirak etdiyini deyən Allan Pall Avropa Gənclər Festivalının
da iştirakçısı
olduğuna görə
məmnunluq duyduğunu
söyləyib. O, Gəncəni
təsəvvür etdiyindən
də gözəl şəhər olduğunu,
burada gənclərə
xüsusi qayğı
göstərildiyini, onlara
hərtərəfli təminat
yaradıldığını bildirib.
Allan Pall vurğulayıb ki, şəhərdə gənclərin
inkişafı sahəsində
görülən işlər
və “Gəncə-2016 Avropanın
Gənclər Paytaxtı”
layihəsi çərçivəsində
keçirilən möhtəşəm
tədbirlər gələcəkdə
bu titula yiyələnəcək şəhərlər
üçün örnək
ola bilər.
“Avropa Gənclər Paytaxtları Şəbəkəsi”nin icraçı direktoru Andras Farkas Avropa Gənclər
Festivalını mühüm
tarixi hadisə olaraq dəyərləndirib,
keçirilən bu cür tədbirlərin gənclərin təşəbbüskarlığına
və fəallığına
yeni stimul verəcəyini, fikir və ideya mübadiləsində
əhəmiyyətli rol
oynayacağını söyləyib.
Tədbirdə çıxış edən
gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov dövlət
gənclər siyasətinin
hədəflərindən, bu istiqamətdə görülən işlərdən
və Avropanın gənclər sahəsində
fəaliyyət göstərən
qurumları ilə əməkdaşlıqdan danışıb. Bildirilib ki,
Gənclər və İdman Nazirliyi ölkəmiz müstəqillik
əldə etdikdən
sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə yaradılan ilk
dövlət qurumlarından
biridir. Bu illər ərzində Gənclər və İdman Nazirliyi, həmçinin Prezident yanında Gənclər Fondu minlərlə gəncə dövlətin
dəstəyi ilə öz təşəbbüslərini
reallaşdırmaq imkanı
yaradıb. Hazırda Azərbaycanda
320 qeyri-hökumət gənclər
təşkilatı fəaliyyət
göstərir. İstər
Gənclər və İdman Nazirliyi, istərsə də Gənclər Fondu bu QHT-lərin təhsil, mədəniyyət,
incəsənət, elm və
digər sahələr
üzrə həyata keçirdiyi layihələrin
dəstəklənməsi üçün
maliyyə vəsaiti ayırır. Minlərlə
Azərbaycan gənci dövlət hesabına dünyanın ən yaxşı ali
təhsil müəssisələrində
təhsil almaq imkanı əldə edirlər.
Açılış mərasimində
çıxış edən
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev son illərdə Azərbaycanda,
o cümlədən Gəncə
şəhərində dövlətin
gənclərin hərtərəfli
inkişafı üçün
yaratdığı şəraitdən
və bu sahədə qurulan infrastrukturdan danışıb.
Tədbirdə çıxış edən “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev bildirib ki, ölkədə
gənclər sahəsində
aparılan məqsədyönlü
siyasətin və geniş təbliğatın
nəticəsi olaraq
2013-cü il noyabrın
21-də Yunanıstanın Saloniki
şəhərində Avropa
Gənclər Forumunun
Baş Assambleyasında
beynəlxalq münsiflər
heyətinin qərarı
ilə Gəncə şəhəri “2016-cı il
Avropa Gənclər Paytaxtı” elan olunub. 2014-cü ildə
“Gəncə-2016 Avropa Gənclər
Paytaxtı” layihəsini
icra edəcək ictimai birlik təsis edilib. Gəncə
MDB məkanında və
qitənin Avropa İttifaqına daxil olmayan ölkələri arasında “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk şəhərdir.
Layihənin 5 istiqaməti əhatə etdiyini bildirən Elmir Vəliyev qeyd edib ki,
bunlara təhsil, gənclərin məşğulluğu,
könüllülük, sosial
rifah və gənclərin cəmiyyətdə
fəal iştirakı
daxildir. “Gəncə-2016 Avropa
Gənclər Paytaxtı”
layihəsinin yüksək
səviyyədə keçirilməsi
üçün Prezident
İlham Əliyevin
2016-cı il 24 fevral tarixli Sərəncamını
xatırladan birliyin sədri vurğulayıb ki, layihə çərçivəsində 43 beynəlxalq tədbirin keçirilməsi planlaşdırılsa
da, müvafiq Sərəncamdan sonra onların sayı 250-yə
çatdırılıb.
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin icrasına bir sıra nazirliklərin
də yaxından dəstək verdiyini deyən Elmir Vəliyev keçirilən
beynəlxalq tədbirlərin
uğurlu icrasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Çıxışlardan sonra
XXXI Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya
Oyunlarında fəxri kürsüyə yüksələn, həmçinin
bir sıra beynəlxalq və təsnifat xarakterli yarışlarda uğurla
çıxış edən gəncəli idmançılara
mükafatlar təqdim olunub.
Olimpiya
Oyunlarında qazandığı yüksək nailiyyətlərə,
habelə Gəncə şəhərində idmanın
inkişafındakı xidmətlərinə görə sərbəst
güləşçi Toğrul Əsgərov
və onun məşqçisi Elçin Zeynalov, Paralimpiya Oyunlarında cüdo
idman növü
üzrə qızıl medalın sahibi Ramil Qasımov və onun
məşqçisi Əli Hacıyev fəxri fərmanlarla təltif
ediliblər.
Azərbaycan.-2016.- 2 oktyabr.- S.6.