Bakıda “Avropa şəhərciyi-2016”nın
açılışı olub
Oktyabrın
1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı
nümayəndəliyi ittifaqa üzv ölkələrin
Bakıdakı səfirliklərinin birgə səyi və Dənizkənarı
Bulvar İdarəsinin tərəfdaşlığı ilə
“Avropa şəhərciyi-2016” festivalını təşkil
edib.
AZƏRTAC
xəbər verir ki, Dənizkənarı Milli Parkda baş
tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin
mədəniyyətini, adət-ənənəsini və turizm
potensialını əks etdirən stendlər
quraşdırılıb.
Avropa
İttifaqının Azərbaycandakı səfiri, xanım
Malena Mard çıxış edərək bildirib ki, “Avropa
şəhərciyi” Aİ-yə üzv ölkələrlə
birgə əməkdaşlıq çərçivəsində
təşkil olunub. Festivalın keçirilməsində məqsəd
Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət
və ənənələrini nümayiş etdirmək
üçün imkan yaratmaqdır.
Vurğulanıb
ki, “Avropa şəhərciyi-2016” festivalı çərçivəsində
uşaq və böyüklər üçün
çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə
virtual səyahətlər, milli rəqs və karaoke
ifaları, feys-art, şahmat yarışı və digər
maraqlı proqramlar təşkil olunacaq. “Avropa Şəhərciyi”
bütün əhali üçün açıq ictimai məkanda
təşkil edilən bir tədbirdir. Müsabiqə və
viktorina qaliblərini isə xüsusi hədiyyələr
gözləyir.
Diplomat
hər kəsi əyləncə dolu gündən zövq
almağa dəvət edib.
Sonra festival açıq
elan olunub.
İştirakçılar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə
kulinariya şousuna tamaşa etməklə yanaşı, izza xəmirinin virtuoz-aşpaz
tərəfindən havada
fırladılması şousunu
da yaxından izləmək imkanı əldə ediblər.
Festivalda xüsusi olaraq uşaqlar üçün
sehrbazın çıxışı
və müxtəlif şoular da təşkil olunub.
“Səs Azərbaycan”
layihəsi iştirakçılarının
ifası ilə davam edən festival məşhur fransız DJ
David Vendetta və skripkaçı
Micah möhtəşəm konsert proqramı ilə iştirakçıların
zövqünü oxşayıb.
Qeyd edək
ki, sözügedən
festival 2013-cü ildən etibarən
keçirilir.
Azərbaycan.-2016.-
2 oktyabr.- S.8.