Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi

Roma Papasının səfəri tarixi hadisədir, böyük şərəfdir, bəşəriyyət üçün önəmlidir

Oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verdi.

Müqəddəs Taxt-Tacın Azərbaycanın himnləri səsləndi.

Prezident İlham Əliyev Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Roma Papası Fransisk Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Roma Papası Fransiskə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin Roma Papası Fransiskin qarşısından keçdi.

Prezident İlham Əliyev Roma Papası Fransisk rəsmi foto çəkdirdilər.

Azərbaycan.-2016.- 4 oktyabr.- S.1.