Azərbaycanda bütün dinlərin nümayəndələri
bir ailə kimi, sülh və mehribanlıq şəraitində
yaşayır
İlham ƏLİYEV: “Səfəriniz həm Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir”
Roma Papası
FRANSİSK: “Bu gün
sizin qədim torpağınızdayıq. Bilirik
ki, sizin ölkədə dini azadlıqlar tam təmin edilib”
Oktyabrın 2-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası
Fransisk ilə görüşü olub.
Prezident
İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz Zati-müqəddəsləri. Sizi Azərbaycanda
salamlamaqdan çox məmnunam. Bu səfəriniz tarixi səfərdir. Mən şadam
ki, səfəriniz çox yaxşı keçir.
Roma Papası FRANSİSK dedi:
-Çox sağ
olun. Mən Sizə təşəkkürümü
bildirirəm. Belə xoş
hava ilə müşayiət olunan günə görə də Sizə minnətdaram. Mən bilirəm
ki, Vatikanda səfərdə olmusunuz.
Mən o
səfərə görə
səmimi qəlbdən
təşəkkürümü bildirirəm. Həmçinin səfərə başladığım
zaman mənə göstərdiyiniz səmimi
qəbula görə Sizə minnətdaram.
Prezident
İlham ƏLİYEV: Çox
minnətdaram ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana səfər edirsiniz. Ümid edirəm ki, Siz Vətənə xoş təəssüratlarla
qayıdacaqsınız. Səfəriniz həm Vatikan–Azərbaycan
əlaqələri, eyni
zamanda, sivilizasiyalararası
dialoq üçün
çox böyük əhəmiyyət kəsb
edir.
Roma Papası FRANSİSK: Mən,
ümumiyyətlə, qeyd
etmək istəyirəm,
indiki zamanda, xüsusilə də Avropa dövlətlərinə
bu sözləri aid etmək olar ki, bizim hamımız
üçün çox
vacib olan zənginliklərə, mənəvi
dəyərlərə gəldikdə,
bunlar xüsusi əhəmiyyət kəsb
edir. Bir halda ki, bu hadisələr baş verir və əslində bu, insanlar üçün
indiki zamanda olduqca lazımlı bir məqamdır. Biz yalnız onunla
öz əlaqələrimizin
məhsuldarlığı haqqında
danışa bilərik.
Biz bilirik ki, bu gün Sizin qədim torpağınızdayıq. Həmçinin
bunu da bilirik
ki, Sizin
ölkədə dini azadlıqlar tam təmin edilib.
Prezident
İlham ƏLİYEV: Azərbaycanda
bütün dinlərin
nümayəndələri bir
ailə kimi yaşayır, sülh, mehribanlıq şəraitində
yaşayır.
X X X
Sonra Prezident İlham Əliyevin ailə üzvləri Roma Papası Fransisklə görüşdülər.
Papa Fransisk Prezident İlham Əliyevin ailə üzvlərinə hədiyyələr təqdim etdi.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olundu.
Roma Papası bildirdi ki, onun Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.
Prezident İlham Əliyev Roma Papasına Azərbaycan sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim etdi.
Prezident İlham ƏLİYEV dedi: Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir.
Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə etdi. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-2016.- 4 oktyabr.- S.2.