Roma Papası Fransİsk: “Mən Azərbaycana bu
torpağın zənginliyinə qəlbimdəki vurğunluqla
gəlmişəm”
Roma Papası Fransiskin çıxışı
-Cənab
Prezident.
Hörmətli
hökumət nümayəndələri.
Hörmətli
diplomatik korpusun üzvləri.
Xanımlar
və cənablar.
Azərbaycana
səfər etməkdən olduqca şadam və Xəzər dənizinin
sahillərinə açılan ölkənin paytaxtında –
bu şəhərdə səmimi qəbulunuza görə Sizə
minnətdarlığımı bildirirəm. Bu
görüşün keçirildiyi tam yeni bu bina və digər
yeni binaların sayəsində şəhərin siması
tamamilə dəyişib.
Cənab
Prezident, Azərbaycan hökuməti və xalqı adından
ünvanıma söylədiyiniz səmimi salamlama sözlərinə
və nəzakətli xanımınızla ötən il
Vatikana etdiyiniz səfərinizə cavab olaraq, səmimi dəvətiniz
sayəsində mənə yaratdığınız bu
fürsətə görə Sizə dərin təşəkkürümü
bildirirəm.
Mən bu
ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən
və müasir Azərbaycan dövlətinin çiçəklənməsi
ilə nəticələnən təcrübə, dəyərlər
və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu
torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların
verdiyi töhfənin nəticəsi kimi mədəniyyətinizin
çoxçalarlılığı və zənginliyinə
qəlbimdəki vurğunluqla gəlmişəm.
Qarşıdan gələn 18 oktyabr tarixində Azərbaycan
öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək.
Bu tarix ölkənin həmin onilliklər ərzində
yaşadığı hadisələrə, əldə etdiyi
nailiyyətlərə və üzləşdiyi problemlərə
birgə nəzər salmaq fürsətini yaradır.
Bu günə
qədər keçdiyiniz yol dövlətin iqtisadi və vətəndaş
cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları
gücləndirmək üçün göstərilmiş
mühüm səyləri aydın şəkildə göstərir.
Bu yol hamıya, xüsusən zəiflərə daim diqqətin
göstərilməsini tələb edir. Bu yol multikulturalizmin və
mədəniyyətlərin bir-birini lazımi qaydada
tamamlanmasının müsbət cəhətlərini
tanıyan cəmiyyət sayəsində mümkündür.
Bu, vətəndaş cəmiyyətinin müxtəlif
komponentləri və fərqli dini konfessiyalara mənsub olan
şəxslər arasında qarşılıqlı əməkdaşlıq
və hörmət münasibətlərinin yaranması
üçün edilir.
Fərqlər
arasında ahəngdarlığın yaradılması məqsədilə
bu birgə səylər hazırkı dövrdə xüsusi əhəmiyyət
daşıyır, çünki digər düşüncə
və fikir sahiblərinin hüquqlarını pozmayaraq, öz
ideya və fikirlərinin bərqərar olmasının
mümkünlüyünü göstərir. Hər bir etnik və
ideoloji mənsubiyyət digər dini yol kimi zorakılıq və
hökmranlıq istəklərini qanuniləşdirmək məqsədilə
öz fikirlərini, özünəməxsusluğunu və ya
Tanrının adını sui-istifadə edən
davranış və konsepsiyaları yalnız və yalnız
istisna edə bilər.
Səmimi
qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər
və dini konfessiyalar arasında əməkdaşlıq yolunu
davam etdirsin. Qoy, hər zaman ahəngdarlıq və sülh
şəraitində yan-yana yaşama ümumi rifaha hər kəsin
töhfə vermək imkanını təmin edərək,
çoxsaylı sahələrdə ölkənin sosial və
vətəndaş həyatını canlandırsın.
Əfsuslar
olsun ki, dünya dözümsüzlükdən qaynaqlanan,
zorakı ideologiya ilə qızışdırılan, zəif
təbəqələrin hüquqlarının inkar edilməsindən
irəli gələn çoxsaylı münaqişələr
faciəsini yaşayır. Bu cür təhlükəli meyillərə
qarşı qətiyyətlə mübarizə aparmaq
üçün sülh mədəniyyətini inkişaf
etdirməliyik, çünki o, dialoq və hörmətin daimi
varlığından qaynaqlanır. Çünki
razılıq doğuran həll variantlarına, etibarlı
yollara və daimi əlaqələrə, səbrə alternativ
yoxdur.
Bir millət
daxilində müxtəlif komponentlər arasında ahəngdarlığın
təşviq olunmasını labüd hesab edərək,
dövlətlər arasında da əsl tərəqqiyə və
xalqların azadlığına aparan yolu müdrikliklə, cəsarətlə
keçmək və davamlı razılığa, sülhə
yol açan vasitələri öyrənmək vacibdir.
Xalqları həlli çətin olan ağır əziyyətlərdən,
ağrılı çətinliklərdən bu cür qorumaq olar.
Bu ölkəyə
gəldikdə, qanlı münaqişə səbəbindən
öz torpaqlarını məcburiyyət qarşısında
tərk etmiş, əziyyət çəkən bu qədər
şəxslərə böyük vəchlə
yaxınlığımı bildirmək istəyirəm. Arzu
edirəm ki, beynəlxalq ictimaiyyət öz lazımi
yardımını daim göstərsin. Eyni zamanda, yeni mərhələnin
başlanmasını mümkün etmək məqsədilə
bölgədə sabit sülhün qurulması
üçün razılıq doğuran həll variantına
nail olmaq naminə hamını əlindən gələni etməyə
çağırıram. İnanıram ki, Tanrının
himayəsi ilə və tərəflərin xoş iradəsi
sayəsində Qafqaz dialoq və danışıqlar yolu elə
bir məkana çevriləcək ki, ziddiyyətlər və
fərqlər çözüləcək, aradan qalxacaq.
Ölkənizə səfəri zamanı müqəddəs II
İoann Pavelin gözəl kəlamı ilə desək, qoy,
“Şərq ilə Qərbin arasında qapı” olan bu məkan
sülhə açıq olsun və digər keçmiş,
eləcə də yeni münaqişələrin həlli
üçün nümunəyə çevrilsin.
Davamçıları
ölkədə sayca az olan Katolik Kilsəsi Azərbaycanın
vətəndaş və sosial həyatına qovuşur,
sevincini bölüşür və çətinliklərin
aradan qaldırılmasında iştirak edir. 2011-ci ildə
Müqəddəs Taxt-Tacla beynəlxalq sazişin
ratifikasiyasından sonra Kilsənin hüquqi şəxs kimi
tanınması Azərbaycanda katolik icmasının həyatının
sabit olması üçün normativ əsası yaratdı.
Bununla
yanaşı, katolik icmasının müsəlman, pravoslav və
yəhudi icmaları ilə səmimi münasibətləri
saxlamasından xüsusi olaraq məmnunam və arzu edirəm
ki, dostluq və əməkdaşlıq telləri daha da
artsın. Bu cür yaxşı münasibətlər sülh
şəraitində yan-yana yaşama və dünyada sülh
üçün xüsusi əhəmiyyət kəsb edir və
göstərir ki, müxtəlif dini konfessiyaların mənsubları
arasında səmimi əlaqələr, hörmət və
hamının rifahı üçün əməkdaşlıq
mümkündür.
Əsl dini dəyərlərə bağlılıq hər şeydən əvvəl Tanrının müqəddəs adından istifadə edərək, zorakılıqla öz baxışlarını digər şəxslərə qəbul etdirmək cəhdinə tam ziddir. Tanrıya inam cəmiyyətin ümumi rifahına xidmət edən qarşılıqlı anlaşmaya və hörmətə, qarşılıqlı yardıma sövq edən əsl mənbədir.
Qoy, Tanrı Azərbaycana harmoniya, sülh və çiçəklənmə nazil etsin.
X X X
Sonra Roma Papası Fransisk Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri ilə görüşdü.
Roma Papası Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdı.
Daha sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva Roma Papası Fransiski yola saldılar.
Azərbaycan.-2016.- 4 oktyabr.- S.3-4.