“Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli
530 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2016-cı il 4
mart tarixli 155-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar
qərara alıram:
“Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 2, maddə 96; 2010, ¹ 2, maddə 80; 2014, ¹ 5, maddə
477; 2016, ¹ 3, maddə 433) aşağıdakı dəyişikliklər
edilsin:
1. 2-ci hissə
aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan
Respublikası Qanununun 2.1.5-1-ci
maddəsində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
2.2.
həmin qanunun 2.1.5-1-ci maddəsində “qurum” dedikdə, Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası nəzərdə tutulur;
2.3.
həmin qanunun 6.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirirlər;
2.4.
həmin qanunun 17.2-ci maddəsinin ikinci, üçüncü
və dördüncü cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata
keçirir.”.
2. 3.1-ci bənd ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 4 oktyabr.- S.6.