Xalqın iradəsinin ali təcəssümü

Bu fikir ümumxalq səsverməsini müşahidə edən bütün beynəlxalq təşkilatların rəylərində birmənalı olaraq vurğulanır

 

Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi dövlətimizin və xalqımızın demokratiya yolu ilə inamla irəlilədiyini bir daha nümayiş etdirdi. Referendum və nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən nüfuzlu xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda ümumxalq səsverməsinin olduqca ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı.

 

Səsvermə tam şəffaf şəraitdə keçib

 

Qeyd edək ki, referendumu müşahidə edən beynəlxalq təşkilatların nümayəndə heyətləri səsvermə başa çatdıqdan sonra bəyanatlarını verdilər. Demək olar ki, hər rəydə, hər bir hesabatda ümumxalq səsverməsinin yüksək səviyyədə təşkil olunduğu birmənalı öz əksini tapdı. Məsələn, Avropa Şurası Parlament Assambleyasının referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib: “Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik. AŞPA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib. Azərbaycan Konstitusiyası qanunilegitim hesab olunur. Səsvermə prosesi yaxşı təşkil olunub, şəffaf, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir”.

Qrup apardığı araşdırmalar və müşahidələr əsasında referendumun keçirilməsinin suveren Azərbaycan dövlətinin səlahiyyətlərinə aidbu barədə qərarın verilməsinin milli qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib. Həmçinin referenduma çıxarılan məsələlər ölkədə idarəetmə sisteminin gücləndirilməsinə, insan hüquqlarının müdafiəsinin rəsmiləşdirilməsinə xidmət edir”. Bu isə Avropa İttifaqının Regional Komitəsinin üzvlərindən ibarət müşahidə qrupunun referendumla əlaqədar bəyanatında vurğulanır.

Qrupun rəhbəri, Finlandiyadan olan Paulina Haijanenin sözlərinə görə, səsvermə prosesi texniki və təşkilati baxımdan çox yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici fəallığı yüksək idi və səsvermə prosesi dinc şəraitdə keçdi. “Hər hansı bir zərurət olmadan polisinya yerli icra hakimiyyəti orqanı nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarını və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Səs verənlər müstəqil və heç bir kənar müdaxilə olmadan səsvermə prosesində iştirak edərək öz iradələrini ifadə etdilər”, - deyə o bildirib. Əlavə edib ki, səsvermə prosesi başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılması prosesini izləyib və digər müşahidəçilərə də bülletenlərin sayılması prosesini izləməyə hər hansı maneçiliyin törədilmədiyinin şahidi olublar: “Müşahidə qrupu belə bir qənaətə gəlib ki, sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum tam şəffaf şəraitdə keçib. Referendumun nəticələri Azərbaycan xalqının öz iradəsini müstəqil və azad şəkildə ifadə etdiyini göstərir”.

 

ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır

 

Referendumla bağlı başqa bir bəyanat ABŞ-dan gəldi. Bu ölkənin Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner keçirdiyi brifinqdə bəyan etdi ki, ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır dövlət başçısının səlahiyyət müddəti ilə bağlı məsələyə müdaxilə etmək fikrində deyil. Onun sözlərinə görə, ABŞ demokratiyanın möhkəmləndirilməsi məsələsində Azərbaycanla işin davam etdirilməsinə sadiqdir referendum təhlükəsizlik sahəsində hər hansı insident olmadan keçib.

Azərbaycan Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı referendum beynəlxalq standartlara uyğun keçirildi”. Bu sözləri Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) müşahidə missiyasının rəhbəri, Malta parlamentinin spikeri Ancelo Farruca deyib. O bildirib ki, bu referendum səsvermənin ədalətli azad keçirilməsini təmin edən Azərbaycan qanunvericiliyinə əsasən təşkil edilib. Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayırlar. Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınıb. ASMA müşahidəçiləri referendum günü Bakıda onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparıblar. Referendum dinc keçib, səsvermə məntəqələrinə sərbəst maneəsiz giriş olub. Yerli orqanlar polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməyib. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə gizli keçirilib bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılıb”, - deyə Ancelo Farruca bildirib. O, qeyd edib ki, ümumilikdə səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq təyinatlı heyət tərəfindən peşəkarcasına mütəşəkkil aparılıb. Missiya rəhbəri referendumun seçicilərin əksəriyyəti tərəfindən dəstəkləndiyini deyib: “Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə edir. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən seçicilər tərəfindən ifadə edilib”.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.- 4 oktyabr.- S.10.