“Azərbaycan
Respublikasında bioloji müxtəlifliyin
qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün
Milli Strategiya”nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının
“Bioloji müxtəliflik haqqında” Konvensiyasının
6-cı maddəsinə uyğun olaraq qərara alıram:
1.
“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin
qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci
illər üçün Milli Strategiya” təsdiq edilsin (əlavə
olunur).
2. Bu sərəncamın 1-ci hissəsi
ilə təsdiq edilmiş Milli Strategiyanın həyata
keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə
bağlı görülən işlər barədə ildə
bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 5 oktyabr.- S.2.