“Azərbaycan
Respublikası Vergilər Nazirliyi
kollegiyasının tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Azərbaycan
Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3,
maddə 195; 2005, ¹ 11, maddə 1049; 2009, ¹ 9, maddə 713; 2013, ¹
7, maddə 822; 2015, ¹ 2, maddə 146; 2016, ¹ 4, maddə 711) 1-ci
hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.
“İqtisadi təhlil və sahibkarlıq subyektlərinin
dövlət qeydiyyatı” sözləri “Vergi risklərinin təhlili
və nəzarəti” sözləri ilə əvəz edilsin.
2.
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi
baş idarəsinin rəisi” abzası ləğv edilsin.
3.
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq
baş idarəsinin rəisi” abzasından sonra
aşağıdakı məzmunda abzas əlavə edilsin:
“Azərbaycan
Respublikası Vergilər Nazirliyinin Vergi Auditi və operativ nəzarət
idarəsinin rəisi”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 5 oktyabr.- S.3.