“Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin
təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 14 iyun tarixli 279-VQD nömrəli Qanununun tətbiqi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il
21 iyun tarixli 939 nömrəli Fərmanına uyğun olaraq qərara
alıram:
“Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 82; 2015, ¹ 2, maddə 138, ¹
7, maddə 831, ¹ 11, maddə 1320; 2016, ¹ 6, maddə 1034) 5.1-ci bəndinə
“12.4-cü maddəsində birinci halda,” sözlərindən
sonra “21.1-ci,” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 5 oktyabr.- S.3.