Yetkinlik yaşına çatmayanların öz
daimi yaşadıqları dövlətlərə
qaytarılması məsələlərində Müstəqil
Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin
əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli
Sazişə dair İcra
Protokolunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Yetkinlik yaşına çatmayanların öz daimi
yaşadıqları dövlətlərə
qaytarılması məsələlərində Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı olan
dövlətlərin əməkdaşlığı
haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dair 2015-ci il
oktyabrın 30-da Düşənbə şəhərində
imzalanmış İcra Protokolu təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci
hissəsində göstərilən İcra Protokolunun müddəalarının
həyata keçirilməsi üçün tədbirlər
görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi İcra
Protokolunun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 5 oktyabr.- S.3.