“Kommersiya
(vergi) sirri hesab olunan məlumatları
əldə edə bilən vəzifəli şəxslərin
siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasən qərara alıram:
1. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 559; 2010, ¹ 11, maddə 973; 2016, ¹ 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 668) Fərmanı ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2016-cı il
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı
1. Azərbaycan Respublikasının vergilər naziri
2. Azərbaycan Respublikası
vergilər nazirinin birinci müavini
3. Azərbaycan Respublikası
vergilər nazirinin müavinləri
4. Azərbaycan Respublikası
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
5. Azərbaycan Respublikası
Vergilər Nazirliyinin Daxili təhlükəsizlik
baş idarəsinin rəisi
6. Azərbaycan Respublikası
Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi
7. Azərbaycan Respublikası
Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi
8. Azərbaycan Respublikası
Vergilər Nazirliyinin Vergi auditi və
operativ nəzarət idarəsinin rəisi
9. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi yanında departamentlərin
rəisləri
10. Azərbaycan Respublikası
Vergilər Nazirliyinin ərazi vergilər departamentlərinin, ərazi
vergilər idarələrinin
və rayon vergilər
şöbələrinin rəisləri
11. Azərbaycan Respublikasının
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Departamentinin
İqtisadi sahədə
mütəşəkkil cinayətkarlığa
qarşı mübarizə
idarəsinin rəisi.
Azərbaycan.-2016.- 5 oktyabr.- S.3.