Peşəsini sevənlər
5 oktyabr Beynəlxalq Müəllimlər
Günüdür
Şəfiqə
Tütünçüyeva Bakı Dövlət Universitetinin
Filologiya fakültəsini 1982-ci ildə bitirib doğma yurdu
Balakənə qayıdaraq 1 nömrəli Qullar kənd orta məktəbində
fəaliyyətə başlayıb.
1998-ci ildə 2 saylı Qullar kənd orta məktəbinə direktor təyin edilib. 2002-ci ilin sentyabrında rayonun Nizami adına 1 saylı tam orta məktəbinə direktor göndərilib. Baş müəllim adını “Qabaqcıl maarif işçisi” döş nişanı alıb. 2014-cü ildə “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.
Şəfiqə müəllimə deyir ki, məktəbimiz artıq pilot məktəb kimi fəaliyyət göstərir və təmayül siniflər açılıb.
Hər il bu məktəbi bitirən məzunların 70-80 faizi ölkənin nüfuzlu ali təhsil ocaqlarına qəbul olur. Ötən il məktəbin məzunu Gülay Ömərova 695 balla Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanaraq Prezident təqaüdünə layiq görülüb. Bu il Cəmilə Bullayeva 652 balla həmin təhsil ocağına daxil olub. Gülnar Hacıyeva 596 balla Seçenov adına Moskva Tibb Universitetinin Müalicə işi fakültəsinin, Gülzar Hacıyeva 598 bal toplayaraq Xarici Dillər Universitetinin tələbəsi adını qazanıblar. 8 məzun isə 500-dən çox bal toplayaraq ödənişsiz əsaslarla seçdikləri ali təhsil ocaqlarında oxuyur.
Keçən il Rusiya səfirliyinin keçirdiyi müsabiqədə məktəbin şagirdi Aişə Mutuxova və Fatma Qebeyeva birinci yeri tutub, diplom və fəxri fərmanlarla təltif olunublar. Fatima Kislarovskaya isə respublika fənn olimpiadasında qalib gələrək qızıl medala layiq görülüb. Fatima “Sabahın alimləri” respublika müsabiqəsinin də qalibi olub. Son 5 ildə məktəbi 6 nəfər qızıl medalla bitirib.
Məktəbdə 173 müəllim fəaliyyət
göstərir. Onların arasında iki əməkdar
müəllim adı, bir “Tərəqqi”
medalı alan var. Layihələrdə
iştirak edən müəllimlər də
az deyil. Fizika müəllimi Ulduz
Hacıyeva, tarix müəllimi Altay Məmmədov, qabaqcıl müəllimlərdən
Elvin
Əliyev belələrindəndir.
Əli
SƏLİMOV,
Azərbaycan.-2016.- 5 oktyabr.- S.7.