Zəhmət hədər
getmir
5 oktyabr Beynəlxalq Müəllimlər
Günüdür
Müəllim peşəsi hər zaman seçilib. Bu peşənin davamçıları
sırasında “Tərəqqi”
medalı ilə təltif olunmuş Elmira Hacıyeva da var. Zaqatala rayonunun Kəpənəkçi kəndində
dünyaya göz açan Elmira müəllimə
ilk təhsilini kəndlərindəki
8 illik məktəbdə
alıb. Sonra Qandax
kənd orta məktəbini bitirib, Gəncə Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olub.
1976-cı
ilin 1 sentyabr gününü Elmira müəllimə
belə xatırlayır:
“Təyinatım rayonumuzun
Yengiyan kənd orta məktəbinə verilmişdi. Burada tarix fənnini
tədris etməli idim. İlk dəfə müəllim
kimi sinfə daxil olmağın həyəcanını indi
də unuda bilmirəm. Lakin bu, çox
çəkmədi. Az vaxtda şagirdlərlə aramızda
xoş münasibət
yarandı.
Elmira müəllimə İ.Qayıbov
adına Efir yağları sovxoz-zavod orta məktəbində, Ş.Qurbanov
adına 3 saylı orta məktəbdə, Azərbaycan
Müəllimlər İnstitutunun
Zaqatala filialında işləyib. 2003-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətində
Təhsil, səhiyyə
və mədəniyyət
şöbəsinin referenti
vəzifələrində fəaliyyətini
davam etdirib. Bir neçə il sonra
Ş.Qurbanov adına
3 nömrəli tam orta
məktəbə direktor
göndərilib və
etimadı burada da doğruldub.
Təkcə bu il
həmin təhsil ocağından ali məktəbə sənəd
verən abituriyentlərdən
29 nəfəri tələbə
adını qazanıb.
6 nəfər orta ixtisas məktəblərinə
daxil olub. Onlardan 6 nəfəri 600-dən,
5 məzun 500-dən çox
bal toplayıblar. Maraqlıdır ki, 600-dən
yuxarı bal toplayan məzunların hamısı bir sinfin şagirdləridir. Ümumilikdə həmin sinifdə təhsil alan 24 şagirddən
20 nəfəri ali məktəbə qəbul
olub. 18 nəfər respublikamızda, 2 nəfər
xarici ölkələrin ali
məktəblərində təhsillərini
davam etdirir.
Elmira müəllimə məktəbə rəhbərlik
etməklə bərabər,
tarix fənnini də tədris edir.
Ə.XASAYOĞLU,
Azərbaycan.-2016.- 5 oktyabr.- S.7.