Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi ilə İran
İslam Respublikasının Mədəni
İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində
İcra Proqramının (2016-2019) təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
İran İslam Respublikasının Mədəni İrs, Əl
İşləri və Turizm Təşkilatı arasında
turizm əməkdaşlığı sahəsində
2016-cı il avqustun 7-də Bakı şəhərində
imzalanmış İcra Proqramı (2016-2019) təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu
fərmanın 1-ci hissəsində göstərilən
İcra Proqramının müddəalarının həyata
keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi İcra
Proqramının qüvvəyə minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 6 oktyabr.- S.2.