“Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli
57-VQD nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1,
maddə 61) 1.2-ci bəndində “sahilboyu zolağın”
sözlərindən sonra “kağız üzərində”
sözləri əlavə edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1. Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsinin sahilboyu 20-50 metrlik zolağının elektron
formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş
elektron imzalı) qrafik təsvirini bir ay müddətində təsdiq
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.2. bu fərmandan irəli gələn
digər məsələləri həll etsin.
3. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi bu fərmanın 2.1-ci bəndində nəzərdə
tutulan elektron formada qrafik təsvirin təsdiq edilməsindən
sonra on gün müddətində onun öz rəsmi internet səhifəsində
yerləşdirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 6 oktyabr.- S.2.