Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi ilə Ukraynanın Mədəniyyət
Nazirliyi arasında 2016-2020-ci illər
üzrə mədəniyyət və incəsənət sahəsində
əməkdaşlığa dair
Proqramın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair 2016-cı il iyulun 14-də Bakı şəhərində imzalanmış Proqram təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Proqramın müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Proqramın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2016-cı il
Azərbaycan.-2016.- 6 oktyabr.- S.2.