“Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli
96-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci
il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral
tarixli 795 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə
259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025,
1063, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul
tarixli 1001 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
1.
4.3-cü bənddən “189.2,” rəqəmləri
çıxarılsın.
2.
5.2-ci bənd ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 6 oktyabr.- S.2.