Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ukraynanın
Dövlət Fiskal Xidməti arasında
malların hava nəqliyyatı ilə
daşınmasına dair gömrük
hüquqpozmaları ilə mübarizə sahəsində
qarşılıqlı fəaliyyət haqqında Protokolun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Ukraynanın Dövlət Fiskal Xidməti arasında
malların hava nəqliyyatı ilə daşınmasına
dair gömrük hüquqpozmaları ilə mübarizə sahəsində
qarşılıqlı fəaliyyət haqqında 2016-cı
il iyulun 14-də Bakı şəhərində
imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi bu fərmanın
1-ci hissəsində göstərilən Protokolun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Protokolun
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Ukrayna Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 6 oktyabr.- S.2.