Azərbaycan
Respublikasında tütünçülüyün
inkişaf etdirilməsinə dövlət
dəstəyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq ölkədə
tütünçülüyün inkişafına dövlət
dəstəyini gücləndirmək, bu sahənin potensial
imkanlarından səmərəli istifadə etmək, rəqabət
qabiliyyətini yüksəltmək və tütün istehsalı
ilə məşğul olan əhalinin sosial rifahını
daha da yaxşılaşdırmaq məqsədilə qərara
alıram:
1.
Müəyyən edilsin ki:
1.1.
emal müəssisələrinə satılmış quru
tütünün hər 1 (bir) kiloqramına, yaş
tütünün isə hər 10 (on) kiloqramına görə
tütün istehsalçılarına 0,05 manat məbləğində
subsidiya verilir;
1.2.
bu sərəncamın 1.1-ci bəndi ilə nəzərdə
tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə
satılmış quru və yaş tütünə də
şamil edilir.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1.
emal müəssisələrinə satılmış quru və
yaş tütünə görə tütün
istehsalçılarına subsidiya verilməsi qaydasını
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla iki ay müddətində təsdiq
etsin;
2.2.
bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1.1-ci və 1.2-ci bəndlərinə uyğun olaraq maliyyələşməni
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 6 oktyabr.- S.3.